
Azercell qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək oldu
Digər
18.02.2025
Emil
Azercell-in “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı”nın qalibləri fəaliyyətlərini uğurla davam edir. Qeyd edək ki, 2024-cü ilin avqust ayında elan edilən bu sosial layihə müsabiqəsi qadınların iqtisadi müstəqilliyini dəstəkləyən təşəbbüsləri ön plana çıxararaq inklüziv cəmiyyətin qurulmasına töhfə verir.
Proqram qaliblərindən biri olan “Huma Quşu” təhsilə yardım fondu həssas qruplardan olan gənc qadınlar üçün daha geniş təhsil imkanları yaratmağı hədəfləyən təqaüd proqramını elan edir.
“Huma Quşu” proqramının əsas məqsədi qadınların təhsilə çıxışını asanlaşdırmaqla onların sosial fəallığını artırmaq, cəmiyyətdə mövqelərini gücləndirmək və rifahlarını yüksəltməkdir. 2022-ci ildən ildən etibarən fəaliyyət göstərən “Huma Quşu” təhsilə yardım fondu bugünədək 30 tələbəyə təhsil almağa dəstək olub. Yeni proqram çərçivəsində 5 namizədin təhsil xərclərinə dəstək göstərilməsi planlaşdırılır.
“Huma Quşu” təqaüd proqramına həm Azərbaycanda, həm də xaricdə bakalavr və magistratura pillələrində təhsil alan 16-35 yaş arası gənc qızlar və qadınlar müraciət edə bilərlər. Müraciət üçün tələb olunan sənədləri HumaGushuFund@gmail.com ünvanına fevral ayının 20-dək göndərmək tələb olunur.
Ətraflı məlumat əldə etmək üçün https://humagushu.az/ səhifəsinə keçid edə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər

Digər
“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır
Azercell-in təşəbbüsü ilə yaradılan və fəaliyyət göstərən xidmət 1500-dən çox qadına dəstək olub

Digər
akart mədəni irsimizi yaşatmaqda davam edir!
akart-ın eksklüziv kolleksiyası “Sahil” metrostansiyasında sərgilənir

Digər
Google əməkdaşı məktəblilərimizə master klass keçdi
Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşır

Digər
Azercell şəkili qadın sahibkarları dəstəkləyir
Lider mobil operator qadınların sahibkarlıq fəaliyyətini və iqtisadi müstəqilliyini dəstəkləməyə davam edir

Digər
“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil olub
Ən çox oxunanlar

ABŞ vitse-prezidenti J. D. Vance süni zəkanın tənzimləmədən azad edilməsini faydalı hesab edir
