“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
Digər
22.04.2024
Farid Pardashunas
“Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
Azercell gəncləri zərərli vərdişlərdən uzaq tutmaq, asudə vaxtlarının səmərəli təşkil olunmasını təmin etmək məqsədilə onları cüdoçular sırasına qoşulmağa çağırır. Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən gənclər 1 ay müddətində ödənişsiz cüdo ilə məşğul olmaq imkanı əldə edəcəklər.
Kampaniya çərçivəsində məşhur rep ifaçısı Orxan Zeynallı ilə qısametrajlı film də çəkilib. Rejissor Emil Quliyevin ərsəyə gətirdiyi bu filmdə kiçik yaşlardan birlikdə böyüyən iki dostun hekayəsi canlandırılaraq gənclərin seçdikləri bir-birinə zidd yolların, verdikləri fərqli qərarların onların həyatlarına təsirini təsvir edir.
“Doğru yol budur” kampaniyası çərşivəsində şəhərin müxtəlif nöqtələrində yer alacağı posterlərdə də eyni konsepsiya davam etdirilib. Belə ki, posterlərdə yer almış real insanların misallarında narkotikin dağıdıcı fəsadları, eyni zamanda idman və sağlam həyat tərzinin pozitiv təsiri öz əksini tapıb.
Xatırladaq ki, daha öncə “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda genişmiqyaslı layihə çərçivəsində qızlar arasında idmanın, mübarizliyin və özünə inamın təbliğatına yönəlmiş “Qızlara ağ yaraşır”, gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunan “Söz verirəm” sosial kampaniyaları həyata keçirilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
BİQ-in məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsini və fövqəladə hallara çevik reaksiya verilməsini təmin etməkdir
Azercell-in dəstəyilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək
Azercell-in dəstəyilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
Ölkənin lider telekommunikasiya şirkəti 5 tələbəyə təcrübə keçmək imkanı təqdim edəcək
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
“M360 Eurasia 2024” Bakıda qabaqcıl texnoloji şirkətlərin liderlərini yenidən bir araya gətirəcək
Azercell texnoloji innovasiyalarla yanaşı sosial məsuliyyəti də diqqət mərkəzində saxlayır
Azercell texnoloji innovasiyalarla yanaşı sosial məsuliyyəti də diqqət mərkəzində saxlayır
Ölkənin ən böyük vergi ödəyicilərindən biri olan Azercell 2023-cü ildə dövlət büdcəsinə 167 milyon AZN, 27 il ərzində isə ümumilikdə təxminən 2,4 milyard AZN ödəniş edib, ölkədə telekommunikasiya sahəsinin inkişafına 94 milyon ABŞ dolları, 1996-2023-cü illər ərzində isə 1.9 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!