main-post-cover

    Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladı

    Digər
    03.06.2024
    Emil Nəcəfov
       “Azercell Telekom” MMC-nin təşkilatçılığı, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin və “S.E.N.S.U.M by Amapola” şirkətinin dəstəyi ilə 3 saylı uşaq evi sosial xidmət müəssisəsində tərbiyə alan 6-10 yaşlı bir qrup uşaq üçün tədbir baş tutdu.  1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə həyata keçirilən layihə balacalara bayram əhvali-ruhiyyəsi yaşatmaqla yanaşı, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması, nitq və yaradıcılıq qabiliyyətinin inkişafı, ümumilikdə təhsilə həvəsin artırılmasına yönəlik xüsusi proqramla yadda qaldı. 
         Belə ki, uşaqlar tədbirin xüsusi qonağı İctimai Televiziya və Radionun aparıcısı Fatehin təqdimatında Yusif Vəzir Çəmənzəminlinin “Əziz” və Əli Vəliyevin “Eyvazın yazısı” əsərləri ilə tanış oldular. Görüşdə balacalar üçün maarifləndirici oyunlar da təşkil edildi. Azercell tərəfindən  həm tədbirdə iştirak edən, həm də adıçəkilən müəssisədə məskunlaşan digər uşaqlara  hədiyyələr paylanıldı. Səsləndirilən kitablar “Bookmate” və “Litres” proqramlarına da yüklənildi. 
         Xatırladaq ki, mədəni irsin qorunub saxlanmasına yönəlik təşəbbüs və layihələrə xüsusi önəm verən Azercell “Kitab Klubu” layihəsi çərçivəsində silsilə tədbirlər həyata keçirməyi planlaşdırır. Tədbirlər müxtəlif yaş kateqoriyasına aid auditoriyanı əhatə edərək həm böyüklər, həm də balacalar üçün təşkil olunacaq. Layihə çərçivəsində regionlarda fəaliyyət göstərən uşaq evləri də ziyarət ediləcək.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azercell-in “İdeya İnkubasiya Proqramı”nın qalibləri müəyyən oldu
    azercell-in-ideya-inkubasiya-proqraminin-qalibleri-mueyyen-oldu
    Azercell “Təhlükəsiz internet” layihəsi ilə Naxçıvanda!
    azercell-tehlukesiz-internet-layihesi-ile-naxcivanda
    Azercell və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışdılar
    azercell-ve-gsma-strateji-terefdasliqlarinin-prioritet-istiqametleri-haqqinda-danisdilar
    Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak etdi
    azercell-ada-nin-karyera-hazirligi-heftesinde-istirak-etdi
    Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi
    azercell-gsma-m360-2024-konfransi-cercivesinde-ilk-esg-hesabatini-teqdim-etdi