main-post-cover

    Azercell və Azərbaycan Cüdo Federasiyası “İlin markası” seçildi!

    Digər
    14.11.2024
    Emil Nəcəfov
         Reklam və marketinq sahəsində effektiv və yaradıcı layihələri qiymətləndirən “Felis Mükafatları” Azercell-in fəaliyyətini yüksək dəyərləndirib. “Felis Mükafatları” çərçivəsində təşkil edilən “Felis Azərbaycan” Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə həyata keçirdiyi sosial təşəbbüsləri fərqli kateqoriyalar üzrə 10 mükafata layiq görüb və tərəfdaşları “İlin markası” elan edib.
         Noyabr ayının 8-i İstanbulun Haliç Konqress Mərkəzində keçirilən mükafatlandırma mərasimində iştirak edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova bildirib: “Həyata keçirdiyimiz hər bir sosial təşəbbüsün əsas məqsədi cəmiyyətimizə, ölkəmizə faydalı olmasıdır. Cüdo Federasiyası ilə tərəfdaşlığımız sayəsində bu amala xidmət edən “Qızlara ağ yaraşır”, “Söz verirəm”, “Doğru yol budur” kampaniyalarımızı ərsəyə gətirmişik. Layihələrimizin beynəlxalq və yerli müsabiqələrdə uğuru bizim əməkdaşlığın məhsuldarlığının bariz nümunəsidir”.
         Qeyd edək ki, “Qızlara ağ yaraşır” sosial kampaniyası 6 kateqoriya üzrə 7 mükafatın sahibi olub. Azərbaycanın bölgələrində 1000 qızı cüdoya cəlb etməyə müvəffəq olan bu təşəbbüs müsabiqənin Qran Pri mükafatına layiq görülüb. Eyni zamanda, kampaniya “Korporativ Sosial Məsuliyyət (KSM) / Korporativ imic”, “İnteqrasiya edilmiş reklam kampaniyaları”, “PR kampaniyalar”,  “Datadan istifadə”, “Rəqəmsal, mobil və sosial platformalardan istifadə”, “İnteqrasiya edilmiş mediadan istifadə” kateqoriyaları üzrə mükafatlar qazanıb. 
         Narkomaniyanın fəsadlarına diqqət çəkməklə sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönələn “Doğru yol budur” sosial layihəsi isə “Brendləşdirilmiş musiqi videosu” və “Print və çöl reklamlarının istifadəsi” kateqoriyası üzrə mükafat qazanıb.
         Qeyd edək ki, Azercell və Cüdo Federasiyasının birgə həyata keçirdikləri bu sosial təşəbbüslər dəfələrlə beynəlxalq və yerli mükafatlara layiq görülüb.
         “Azercell Telekom” MMC haqqında ətraflı məlumat üçün Azercell səhifəsinə keçid etməyinizi xahiş edirik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azercell Cup 2024 qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar
    azercell-cup-2024-qalibleri-beynelxalq-olimpiadalara-hazirlasirlar
    Azercell-dən Zəfər Gününə özəl təklif
    azercell-den-zefer-gunune-ozel-teklif
    Azercell “Tələbələrin Akselerasiya Proqramı” üzrə layihə tərəfdaşı qismində çıxış edir
    azercell-telebelerin-akselerasiya-proqrami-uzre-layihe-terefdasi-qisminde-cixis-edir
    “Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
    azercell-biznes-reqemsal-senedlesme-imkanini-teqdim-edir
    Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır
    azercell-cop29-un-telekommunikasiya-terefdasidir