main-post-cover

    Azercell və GSMA əməkdaşlığı gücləndirir

    Digər
    24.09.2024
    Emil Nəcəfov
         “Azercell Telekom” MMC və Beynəlxalq GSM Assosiasiyası strateji tərəfdaşlığı gücləndirir. Cari ilin may ayında Bakıda baş tutan ikinci GSMA M360 konfransında aparılan danışıqlara əsasən bu əməkdaşlıq yeni sahələri əhatə etməyə başlayır. 
         Xatırladaq ki, GSMA münbit biznes mühitinin yaradılması, innovasiya və sosial dəyişikliyin təşviqi məqsədilə mobil ekosistemi bir araya gətirən qlobal təşkilatdır. Konfrans çərçivəsində Azercell və Assosiasiyasının rəhbər heyəti arasında keçirilən görüşdə süni intellektin telekommunikasiya sahəsində tətbiqi imkanları və ümumilikdə bu tərəfdaşlığın potensial inkişaf istiqamətləri müzakirə edilmişdir. Nəticədə “GSMA Advance”ın Azercell əməkdaşları üçün xüsusi təlimlər təşkil edəcəyi barədə razılıq əldə olunmuşdur. 
         Təlimlər Əşyaların interneti, mobil məxfilik və kibertəhlükəsizlik, telekommunikasiya siyasətinin tənzimlənməsi və digər bu kimi mühüm mövzulara toxunaraq şirkət əməkdaşlarının yeni dövrün iş bazarına uğurlu adaptasiyasına dəstək olacaq. Qeyd edək ki, kurslara artıq start verilib.  
         Ölkənin telekommunikasiya bazarının inkişafına töhfə verməyi hədəfləyən Azercell bu istiqamətdə GSMA ilə birgə yeni layihələr həyata keçirməyə davam edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi
    azercell-it-ixtisasi-uzre-en-yuksek-bal-toplamis-telebe-qizlari-tebrik-etdi
    Azercell Biznes-in yeni “İnfoHUB” xidməti ilə biznesinizin məlumat bazası və cavablarınız bir mərkəzdə!
    azercell-biznes-in-yeni-infohub-xidmeti-ile-biznesinizin-melumat-bazasi-ve-cavablariniz-bir-merkezde
    “Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq
    startup-world-cup-tedbiri-azercell-in-terefdasligi-ile-bas-tutacaq
    Rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması Azercell-in bütün ofislərində təmin edilib
    reqemsal-sexsiyyet-vesiqesinin-taninmasi-azercell-in-butun-ofislerinde-temin-edilib
    Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar
    mekteblilerimiz-beynelxalq-fenn-olimpiadalarinda-olkemize-medallar-qazandiriblar