Azərpoçt Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunan xüsusi poçt markası buraxıb
5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC xüsusi poçt markasını təqdim edib. Markanın məqsədi ətraf mühitin qorunması və ekoloji məsuliyyətin təşviqidir.
Technote.az xəbər verir ki, yeni markanın əsas xüsusiyyəti onun təkrar emal olunmuş kağızdan hazırlanmasıdır. Bu addım qurumun ekoloji məsuliyyətə verdiyi önəmi nümayiş etdirir.
“Azərpoçt” bundan əvvəl də regionda ilk dəfə olaraq COP29 və WUF13 tədbirlərinə həsr edilmiş poçt markalarını məhz təkrar emal olunmuş kağız üzərində dövriyyəyə buraxıb.
Qeyd edək ki, 2026-cı ildə Azərbaycan Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün qlobal tədbirinə ev sahibliyi edir. Tədbir BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əməkdaşlıq çərçivəsində keçirilir.
Tədbirdə əsas diqqət iqlim dəyişikliyi, tullantıların azaldılması və dayanıqlı inkişaf mövzularına yönələcək. “Azərpoçt”un ekoloji təşəbbüsləri yaşıl gələcək üçün birgə fəaliyyətin təşviqinə töhfə verir.
Paylaş
Bənzər xəbərlər