Logo
    main-post-cover

    Birbank Biznes-in “Hər İşdə Birinci Qadınlar” yarmarkası başa çatdı

    Digər
    07.03.2025
    Emil
         Birbank Biznes qadın sahibkarlara dəstək olmaq və onların inkişafına töhfə vermək məqsədilə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində xüsusi təşəbbüslə çıxış etdi. Belə ki, 6-7 mart 2025-ci il tarixlərində sahibkar xanımlar üçün “Passage 1901” ünvanında satış yarmarkası təşkil edildi. Tədbir çərçivəsində xanım sahibkarlar üçün həm öz məhsul və xidmətlərini təklif edə biləcəkləri, həm də yeni tərəfdaşlıqlar qurub, öyrənə, özlərini inkişaf etdirə biləcəkləri mühit yaradıldı.  
        Ümumilikdə 60 sahibkar xanımın iştirak etdiyi layihə bununla yekunlaşmadı. Tədbirin ilk günü Birbank Biznes sahibkar xanımlara mart ayı boyunca mikro kreditlərdə 8%-dək endirim təqdim edəcəyini, iyun ayından etibarən isə onların bizneslərini peşəkar idarə etmələri üçün ödənişsiz təlimlər keçirəcəyini elan etdi. Bu təlimlər Birbank Biznes-in peşəkar komandası tərəfindən veriləcək.
          Yarmarka çərçivəsində həm xanım sahibkarların uğurunu bir daha vurğulamaq, həm də biznesə başlamaq istəyənlərə ilham olmaq üçün müxtəlif mövzularda panel müzakirələri də baş tutdu. Tədbirin ilk günü COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəfin moderatorluğu ilə keçirilən panel “Gücümüzü birləşdirək: Tərəfdaşlıqdan uğura” mövzusuna həsr olundu. Sessiyada dövlət qurumları və özəl sektor arasında əməkdaşlıq imkanları, qadın sahibkarlığının inkişafında bu tərəfdaşlıqların rolu müzakirə edildi. Paneldə Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan Kapitalı və Təşkilati İnkişaf üzrə Baş İnzibatçı, eyni zamanda “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının İdarə Heyətinin üzvü Fərqanə Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və “PASHA Real Estate Group”un Baş Əməliyyat İnzibatçısı Svetlana Əliyeva spiker qismində iştirak etdilər. 
         Tədbirin ikinci paneli isə “Uğurun adı: Qadın” mövzusuna həsr olundu. Paneldə təməldən öz brendini formalaşdıran qadın sahibkarlar təcrübələrini və uğur hekayələrini  paylaşdılar. Bu sessiyanın moderatoru Bir ekosisteminin Məhsul və Marketinq idarəsi üzrə müşaviri Günel Mavliyarova, spikerləri isə AMFA-nın icraçı direktoru, ASK-nın vitse-prezidenti, KOBİA İctimai Şurasının üzvü Jalə Hacıyeva, “CozybyMadi” brendinin təsisçisi Mədinə Quliyeva və “Balli Bisi” şirniyyat evinin qurucusu Esmira Quluzadə oldu. 
         Birbank Biznes bu təşəbbüslə qadın sahibkarların fəaliyyətini dəstəkləməyi, onların bizneslərinin tanıdılması və inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir.    
         Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
    Paylaş
    Bənzər xəbərlər
    birbank-in-desteyi-ile-qadin-liderleri-zirvesi-kecirildi
    Digər

    Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi

    Sahibkarlıq, təhsil, maliyyə savadlılığı kimi bir çox istiqamətdə qadınların inkişafına yönəlik layihələrlə gündəmə gələn Birbank bu dəfə “Qadın Liderləri Zirvəsi”nin həyata keçirilməsinə dəstək oldu.
    umicoaz-da-birbank-kartlari-ile-odenisler-indi-daha-cox-qazandirir
    Digər

    Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır

    Umico.az-da Birbank Umico, Birbank Umico Premium, Birbank Cashback, Birbank Star kartları ilə edilən ödənişlər müştərilər üçün daha sərfəli oldu.
    birbank-lilar-yasil-gelecek-namine-2800-den-cox-agac-ekdiler
    Digər

    Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər

    Ekoloji layihələrə daim dəstək verən Birbank, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl Gələcək” layihəsi çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub.
    birbank-biznes-den-beynelxalq-qadinlar-gunune-ozel-her-isde-birinci-qadinlar-yarmarkasi
    Digər

    Birbank Biznes-dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci Qadınlar” yarmarkası

    Birbank Biznes 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində qadın sahibkarları dəstəkləmək məqsədilə xüsusi təşəbbüs həyata keçirir.
    birbank-star-la-musterilerimize-sadece-kart-deyil-heyatlarini-asanlasdiracaq-tecrube-teqdim-edirik
    Digər

    “Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”!

    Fərid bəy, Kapital Bank-ın vaxtaşırı bazara yeni məhsullar təqdim etdiyini görürük. Bu məhsullar maliyyə bazarında fərqlilik yaradaraq rəqabətə səbəb olur. Bu dəfə isə Birbank Star-la gündəmə gəldiniz. Necə düşünürsünüz Birbank Star bazarın starı ola biləcəkmi?