
Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi
Digər
07.03.2025
Emil
Sahibkarlıq, təhsil, maliyyə savadlılığı kimi bir çox istiqamətdə qadınların inkişafına yönəlik layihələrlə gündəmə gələn Birbank bu dəfə “Qadın Liderləri Zirvəsi”nin həyata keçirilməsinə dəstək oldu. “Facemark” və “İNCİ - İşgüzar Xanımların Ünsiyyət Klubu”nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Fərqlərin bərabərliyi” konsept mesajı ilə 500-ə yaxın lider, eləcə də bu yolda hədəfləri olan qadın bir araya gəldi. İştirakçılar panel müzakirələrdə dövlət və özəl sektorda çalışan lider xanımları dinləyib, müzakirələrdə aktiv iştirak etdilər.
Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədovanın moderator olduğu ilk panel “Lider qadın, yoxsa qadın lider” mövzusuna həsr olundu. Paneldə spiker qismində İnsan resursları sahəsində geniş təcrübəyə malik, “GDG Professionals” şirkətinin təsisçi direktoru, biznes və həyat kouçu Gülzar Quliyeva, “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova, “Dərs Evi - İnnovativ Təhsil Mərkəzi”nin Baş direktoru Nigar Baimova, Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Aynur Süleymanlı, “Erickson Coaching International” şirkətinin İdarə Heyətinin üzvü Zerrin Başer kimi öz sahəsində lider mövqedə olan xanımlar təcrübələrini bölüşdülər.

İştirakçıların da mütəmadi fikir bildirdikləri, interaktiv keçən geniş müzakirənin ardından Fərqanə Məmmədova panelin yekun rəyini səsləndirdi. “Liderlik cinsiyyətlə deyil, şəxsi keyfiyyətlər, bacarıqlar, davamlı inkişaf və özgüvənlə əlaqəlidir. Hər bir lider, insanları ilhamlandırma, düzgün qərar qəbuletmə və dəyişikliklərin idarə edilməsi qabiliyyəti ilə önə çıxır. Effektiv liderlər, yalnız özlərini deyil, eyni zamanda komandalarını da irəliləməyə və inkişaf etməyə təşviq edirlər. Çünki liderliyə gedən yol kiçik, amma əmin addımlarla başlayır və insan öz üzərində çalışmaqla, özünü inkişaf etdirməklə istədiyi pilləyə çata bilir. Dəyişikliklər ideya ilə deyil, hərəkətlə başlayır”.
Daha sonra tədbir “İnnovasiya və Strateji Yanaşmalar” və “Rəqəmsal Trendlər Dövründə Qadınlar” mövzularının müzakirəsi ilə davam etdi. Ümumilikdə 3 moderator 14 spiker təcrübə və biliklərini iştirakçılarla paylaşdı. Onların məqsədi iştirakçılara liderlik yolunda innovativ yanaşmalar təqdim edərək qadınların işgüzar bacarıqlarını daha da inkişaf etdirmək oldu.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər

Digər
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
Umico.az-da Birbank Umico, Birbank Umico Premium, Birbank Cashback, Birbank Star kartları ilə edilən ödənişlər müştərilər üçün daha sərfəli oldu.

Digər
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
Ekoloji layihələrə daim dəstək verən Birbank, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl Gələcək” layihəsi çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub.

Digər
Birbank Biznes-dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci Qadınlar” yarmarkası
Birbank Biznes 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində qadın sahibkarları dəstəkləmək məqsədilə xüsusi təşəbbüs həyata keçirir.

Digər
“Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”!
Fərid bəy, Kapital Bank-ın vaxtaşırı bazara yeni məhsullar təqdim etdiyini görürük. Bu məhsullar maliyyə bazarında fərqlilik yaradaraq rəqabətə səbəb olur. Bu dəfə isə Birbank Star-la gündəmə gəldiniz. Necə düşünürsünüz Birbank Star bazarın starı ola biləcəkmi?

Digər
Kapital Bank-da depozit yerləşdirmək indi 50 000 AZN qazanmaq fürsəti yaradır!
Ölkənin birinci bankı Kapital Bank yeni depozit yerləşdirən müştərilər üçün stimullaşdırıcı “Depozit lotereyası”na start verir.
Ən çox oxunanlar

ABŞ vitse-prezidenti J. D. Vance süni zəkanın tənzimləmədən azad edilməsini faydalı hesab edir
