Logo
    main-post-cover

    Bitcoin-in yaradıcısı olduğunu iddia edən adam həbsə məhkum edilib!

    Digər
    20.12.2024
    Farid

         Uzun illərdir Bitcoin-in yaradıcısı olduğunu iddia edən Craig Wright son məhkəmə iclasında həbs cəzasına məhkum edilib.

         Kompüter elmləri mütəxəssisi olan Craig Wright, özünü Bitcoin-in sirli yaradıcısı Satoshi Nakamoto kimi təqdim etdiyi iddiaları ilə əvvəllər də diqqət mərkəzinə gəlmişdi. Bu iddialarında israr edən Wright gözlənilməz bir cəza ilə üzləşib. İngiltərə Ali Məhkəməsi mart ayında Craig Wright-ın Satoshi Nakamoto olmadığını qərara almış və bu iddialarını dayandırmasını tələb etmişdi. Buna baxmayaraq, Craig Wright Bitcoin üzərində əqli mülkiyyət hüququna malik olduğunu iddia edərək, 1.2 trilyon dollar tələb edən məhkəmə iddiaları qaldırmağa davam etmişdi.
         Məhkəmə, Craig Wright-ın bu hərəkətlərinin əvvəlki qərarlara açıq şəkildə zidd olduğunu qeyd edərək, ona 2 il şərt cəza ilə 1 illik həbs cəzası verib. Bu isə o deməkdir ki, Craig Wright oxşar iddialar irəli sürməyə davam edərsə, həbs ediləcək. Məhkəməyə video bağlantısı vasitəsilə qatılan Wright harada olduğunu dəqiq açıqlamasa da, Asiyada yerləşən bir ölkədə olduğunu bildirib. Bu isə İngiltərə hakimiyyət orqanlarının həbs həyata keçirə bilməsi üçün beynəlxalq həbs qərarı çıxarmasını tələb edə bilər. Craig Wright 2016-cı ildən bəri özünü Bitcoin-in yaradıcısı kimi təqdim edir. Satoshi Nakamoto adı altında dünyanın ilk və ən böyük kriptovalyutasını yaratdığını iddia edən Wright, bu iddiasını təsdiqləmək üçün inandırıcı sübut təqdim edə bilməyib.
    Paylaş