main-post-cover

    Bu telefon nömrəsi Dubayda yarım milyon dollardan baha qiymətə satıldı!

    Digər
    03.04.2024
    Aslan Aslanov
         Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubay əksəriyyətimizin beynində zəngin insanların yaşadığı şəhər olaraq yer alır. Təbii ki, belə olan halda şəhərdə yüz minlərlə dolların uçduğu hərracları da görmək təsadüfi deyil.
         “Unikal” əşyaların və müxtəlif rəqəmli avtomobil nömrələrinin Dubayda rekord qiymətə satılmağı artıq adi bir hala çevrilməyə başlayıb. Məsələn, keçən il yalnız "P" hərfi və "7" rəqəmindən ibarət avtomobil nömrəsi milyonlarla dollara satılmışdı. İndi isə yalnız rəqəmlərdən ibarət bir telefon nömrəsi heyrətamiz qiymətə satılıb.
         Yuxarıdakı videodan da gördüyünüz kimi, ötən həftə 7 rəqəmi də “7” olan “0587777777” nömrəli SIM kart hərraca çıxarılıb. Böyük marağa səbəb olan bu SIM kart nə az, nə çox düz 871 min 412 dollara adı açıqlanmayan bir şəxs tərəfindən alınıb.
         Təxmin etdiyiniz kimi, bu böyük satış tez bir zamanda sosial media gündəminin müzakirə mövzusuna çevrilməyə başlayıb. Bir çox istifadəçi bunu gülünc hesab etsə də, zarafata salanlar da az olmayıb. Hətta bəziləri nömrəyə zəng vurduqlarını, lakin əlaqə saxlaya bilmədiklərini ifadə ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər