Logo
    main-post-cover

    “Cannes Lions”da dördüncü günün qalibləri ilə tanış oluruq!

    Digər
    21.06.2024
    Sabina
    “Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”ndan yayımlar Azercellin eksklüziv tərəfdaşlığı ilə təqdim olunur.
    Festivalın dördüncü günündə Cannes Lions səhnəsi Brand Experience & Activation, Creative Business Transformation, Creative Commerce, Creative Effectiveness, Creative Strategy, InnovationLuxury & Lifestyle kateqoriyalarının qalibləri ilə dolub daşdı.

    Brand Experience & Activation

    2262 “entry” və 70 “Şir” təqdim olundu:
    10 qızıl, 29 gümüş, 30 bürünc.
    Qran-pri Pop-Tarts üçün “The First Edible Mascot” kampaniyasına təqdim edildi. Layihə “Weber Shandwick” agentliyi tərəfindən hazırlanmışdı.

    Luxury & Lifestyle

    Yeni əlavə olunan bu kateqoriyada 188 “entry” və 7 “Şir” elan edildi:
    1 qızıl, 2 gümüş, 3 bürünc.
    Qran-pri LOEWE x Suna Fujita işi ilə təqdim olundu.

    Innovation

    Texnologiya və innovativlik ön planda olan bu kateqoriyada 231 “entry” və 8 “Şir” verildi:
    1 qızıl, 2 gümüş, 4 bürünc.
    Qran-pri “Klick Health” tərəfindən “KVI Brave Fund INC” üçün hazırlanmış “Voice 2 Diabetes” layihəsinə təqdim edildi.

    Creative Effectiveness

    306 “entry” və 15 mükafat təqdim olundu:
    2 qızıl, 5 gümüş, 7 bürünc.
    Qran-pri Rethink agentliyinin hazırladığı “It Has to Be Heinz” kampaniyasına təqdim olundu.

    Creative Strategy

    814 “entry” və 27 “Şir” təqdim olundu:
    4 qızıl, 9 gümüş, 13 bürünc.
    Qran-pri Dentsu Creative tərəfindən KPN üçün ərsəyə gətirilmiş “A Piece of Me” layihəsinə verildi.

    Creative Business Transformation

    271 “entry” və 8 mükafat təqdim olundu:
    1 qızıl, 2 gümüş, 4 bürünc.
    Qran-pri Phillips şirkətinin “Refurb” kampaniyasına təqdim olundu. Layihə “LePub” agentliyi tərəfindən hazırlanmışdı.

    Creative Commerce

    551 “entry” və 19 “Şir” elan edildi:
    4 qızıl, 5 gümüş, 9 bürünc.
    Qran-pri Publicis Conseil tərəfindən hazırlanan “Renault – Cars to Work” kampaniyasına təqdim olundu.

    Festivalın son günü və gələcək qaliblərlə bağlı xəbərləri ötürməmək üçün bizi izləməyə davam edin.
    Paylaş