
Dejavu fenomeninin məğzini başa salmağa çalışan 10 nəzəriyyə
Dejavu o qədər də xoş olmayan bir vəziyyətin adıdır. Həmin vəziyyətdə
bizə elə gəlir ki, guya biz bu və ya digər vəziyyəti artıq nə vaxtsa yaşamışıq.
Bir neçə saniyə ərzində biz əmin oluruq ki, bunların hamısı nə vaxtsa olub və
biz öncəgörmə qabiliyyətinə sahib olduğumuzu düşünərək sonrakı saniyədə nələrin
baş verəcəyini biləcəyimizi hiss edirik. Lakin sonra bu hisslər tez gəldiyi
kimi tez də bitir. Və biz adi reallığa qayıdırıq. Bütün bunlara baxmayaraq
dejavu vəziyyətinin səbəblərini elm hələki açıqlaya bilməyib. Bu vəziyyəti 40-a
yaxın nəzəriyyə açıqlamağa səy göstərib. Biz həmin nəzəriyyələrdən ən maraqlı və
düşünməyə məcbur edənlərini sizlər ilə bölüşürük.
1. Xatirələrin və hisslərin birləşməsi
İnsan yaddaşının kontekstdən asılılığını göstərən psixoloji
eksperiment mövcuddur. İnsan hər-hansı bir məlumatı onu, həmin məlumatı
tanıdığı mühitə saldıqda yaxşı xatırlayır. Ətraf mühitdə olan qıcıqlandırıcı
faktorlar asanlıqla yaddaş partlamasına səbəb ola bilərlər. Müəyyən görüntü və
ya qoxu bizim şüuraltımızdan bir vaxtlar gördüyümüz və yaxud eşitdiyimiz xatirələri
ortaya çıxara bilər. Bununla yanaşı bu nəzəriyyə dejavu hadisəsinə xas hallar
zamanı insanın bu ipuçlardan nəyə görə heç olmasa birini xatırlamamasını izah
etmir.
2. İkili proses
Bu nəzəriyyəyə əsasən bəzi hallarda insan yaddaşı düzgün
çalışmır və ya "ikinci kanal”-ı aktiv edir. Nəyinsə qavrayış prosesi gedirsə
beyin daha öncədən məlumatı qısamüddətli yaddaşa yerləşdirir. Əgər biz məlumatı
analiz etməyə davam etsək və onu yadımızda saxlasaq onda məlumat uzunmüddətli
yaddaşa yerləşdiriləcək. Qısamüddətli yaddaşda olan məlumat isə bir müddətdən
sonra silinəcək. Bu nəzəriyyəyə uyğun olaraq dejavu anında beyin yeni məlumatı qısamüddətli
yaddaş yerinə uzunmüddətli yaddaşa kodlaşdırmağa çalışır. Beləliklə artıq daha
öncə görülmüş hadisəni yenidən görmə illuziyası yaranır. Lakin bu nəzəriyyə
beynin nəyə görə bunu hər dəfə etməməsini açıqlaya bilmir.
3. Paralel kainat nəzəriyyəsi
Dejavu fenomeni bizim
milyonlarla versiyalarımızı öz şəxsi həyatımızla müxtəlif imkanları özündə birləşdirən
milyonlarla digər kainatlarda yaşadığımız fikri ilə yaxşı uyğunlaşır. Bu nəzəriyyənin
tərəfdaşlarının fikrincə daha əvvəl yaşanmış həyəcanverici hiss digər kainatla
kəsişmə zamanı - yəni sizin digər kainatdakı əksinizin bu və ya digər hərəkəti
sizinlə eyni anda yerinə yetirdiyi vaxt yaranır. Sözügedən nəzəriyyə çox
maraqlı olsa da elmi cəhətdən qəbul olunmur.
4. Tanıyan yaddaş
Yaddaşın bu növü dərk edilmiş obyekt və ya hadisənin etalonlardan
biri ilə yaddaşa həkk olunaraq eyniləşdirilməsi üzərində qurulub. O tanıma və
xatırlama proseslərində qiymətləndirilir. Bu nəzəriyyəyə əsasən beyin nəyisə
xatırlayır, lakin onu əlaqələndirə bilmir. Sözügedən nəzəriyyə bir müşahidə ilə
sübut olunur. Deməli iştirakçılara məşhur şəxslərin adları olan siyahı və
onların fotoları təqdim olunur. Fotolarda əks olunmuş bəzi insanların adları isə
siyahıda qeyd olunmur. Lakin buna baxmayarq müşahidənin iştirakçıları tanıma
hallarını sərgiləyirlər. Yəni başqa sözlə desək dejavu biz nəyisə
xatırladığımız zaman baş verir. Lakin yaddaşımız o səviyyədə deyil ki, həmin
hadisəni dəqiq şəkildə xatırlayaq.
5. Holoqramlar nəzəriyyəsi
Bu nəzəriyyəyə əsasən bizim yaddaşımız 3D formatlı görüntülər
şəklində yaranır. Onun bir elementi sayəsində xatirələrin bütün strukturunu
qurmaq olar. Məhz buna görə bir qıcıqlandırıcı faktor (qoxu, dad) bütöv xatirələri
yada sala bilər. Yəni dejavu hadisəsi beynin holoqramı yenidən bərpa etməsi cəhdidir.
Lakin niyə nəticə etibarı ilə xatırlama prosesi getmir? Məsələ burasındadır ki,
holoqramların yaranmasına səbəb olan stimullar çox zaman bizim şüur
qavrayışımızdan gizli olaraq qalırlar. Məsələn biz əlimizdə hansısa əşyanı
tutaraq dejavu yaşayırıq və həmin dejavu bizə digər bir əşyanı xatırladır.
Lakin həmin xatirəni beyin qavraya bilmir.
6. Görücü yuxular
Görücü yuxulara başqa cür prekoqnitiv dessonans da deyirlər.
Bu hər hansısa bir fərdin elə bir vəziyyətidir ki, həmin vəziyyət zamanı onun
şüur və ya şüuraltındakı gələcəyin bir-birinə zidd bilikləri, gələcəyə dair əqidələri
toqquşurlar. Nəticədə fərddə psixoloji diskomfort yaranır. Bu nəzəriyyə o halda
düz olar ki, biz daha əvvəl yuxuda gördüyümüz hansısa hadisəni realda yaşayaq.
Məsələn siz müəyyən yolda avtomobil ilə getdiyinizi yuxuda görürsünüz. Sonra həmin
yolu real həyatda getdiyiniz zaman dejavu yaşayırsınız.
7. Ayrılmış diqqət və ya öz-özünə xatırlama
Bu nəzəriyyəyə əsasən bizim şüuraltımız bir sıra əlamətlər
sayəsində müəyyən obyektləri qəbul edir amma şüurumuz onu qəbul etməkdən imtina
edir. Sözügedən nəzəriyyə əsasında aparılmış təcrübə zamanı tələbələrə müəyyən
məkanların fotolarını göstərərək onlardan tanış olanları seçmələri tələb
olunub. Bəzi fotolardakı məkanlarda tələbələr ümumiyyətlə olmamışdılar. Bununla
yanaşı fotolar sürətli şəkildə göstərilirdi ki, şüur onları qeyd edə bilməsin.
Görüntülər yalnız şüuraltı qeyd olunurdu. Nəticə etibarı ilə tələbələr əslində
onlara yad olan məkanları tanış kimi seçmişdilər. Bir söznən şüuraltı tələbələrə
pis zarafat edib. Yəni bu nəzəriyyə dejavunu şüuraltının göndərdiyi bir mesaj
kimi qəbul edir.
8. Amiqdala
Amiqdala insan beyninin ən sirli bölgələrindən biridir. Bu
bölgə insan emosiyalarının (qorxu, qəzəb və s.) yaranmasına cavabdehdir. Məsələn
əgər siz hörümçəklərdən qorxursunuzsa deməli beyninizin məhz amiqdala bölgəsi həşərata
qarşı göstərdiyiniz reaksiyanın səbəbkarıdır. Bəzi hallarda beynin bu bölgəsi
beyni yanılda bilər. Məsələn ağacın aşması nəticəsində həyəcan yaşamaq. Dejavu
anında amiqdala bölgəsi beynin iş prinsipinin pozulmasına səbəb ola bilər. Təsəvvür
edək ki, biz daha əvvəl yaşadığımız bir
anı yenidən yaşayırıq. Lakin şərait tamamilə fərqlidir. Beləliklə buna reaksiya
verməklə amiqdala bölgəsi beyin stressi əmələ gətirir.
9. Reinkarnasiya
Əslində bir çox hallar baş verib hansılarda ki, beyin guya
keçmiş həyatdan olan xatirələri şəxsin yadına salaraq özünü qəribə aparıb.
Reinkarnasiyaya inananlar düşünürlər ki, biz şüurun vəziyyətini əks etdirən müəyyən
düzəlişlərin olduğu yeni həyat dövrünə daxil oluruq. Bununla belə şüur ilə eyni
səviyyədə yaranmış xatirələr yeni dövrdə digər səviyyədə canlandırıla bilmirlər.
Bir söznən dejavu matrisanın xətası kimi qəbul edilərək keçmiş həyatdan siqnalı
əks etdirir.
10. Qarabasma nəzəriyyəsi
Bu nəzəriyyə bəlkə də ən qəribəsi və bir o qədər də ən
maraqlısıdır. Albert Eynşteyn vaxtı ikən söyləmişdi ki, zaman kimi ikinci bir
şey yoxdur. O həyatı qaydasına salmaq üçün insanlar tərəfindən düşünülüb. Nəzəriyyəyə
uyğun olaraq dejavu insana reallıqdakı müəyyən edilmiş nizam-intizamdan dincəlməyə
imkan verən xətadır. Əgər Eynşteyn-in nəzəriyyəsi doğrudursa deməli biz eyni
anda həm keçmişi, həm indiki zamanı həmdə gələcəyi yaşayırıq. Yəni dejavu sadəcə
olaraq şüurun yüksək səviyyəsində baş verən bir andır və bu anda biz müəyyən
zaman kəsiyinin bir təcrübəsini yaşayırıq. Təbii ki, bütün bunları sübut etmək
hələki qeyri-mümkündür.
Paylaş
Bənzər xəbərlər