Logo
    main-post-cover

    Dünyanın ən sürətli internetinə malik ölkələri bəlli olub!

    Digər
    30.04.2024
    Farid

         Daim inkişaf edən texnologiya ilə internetə qoşulmanın əhəmiyyəti artır. Bu kontekstdə ölkələr internet infrastrukturun inkişafına ciddi investisiyalar yatırırlar. Bəs hansı ölkələrdə ən sürətli sabit internet var? Azərbaycan neçənci yerdədir?

         İnternet sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan Speedtest tərəfindən paylaşılan məlumatlara görə, 2024-cü ilin mart ayı etibarilə dünyada ortalama yükləmə sürəti 93,28 Mbps, göndərmə sürəti isə 45,46 Mbps olaraq ölçülüb. Ən sürətli internetə malik ölkənin 284,13 Mbit/s ilə Sinqapur olduğunu görürük. İkinci yeri isə 276,02 Mbit/s internet sürətilə Birləşmiş Ərəb Əmirlikləri tutur. Onu 274,26 Mbit/s ilə Honq Konq, 265,12 Mbit/s ilə Çili, 254,01 Mbit/s ilə ABŞ və 242,94 Mbit/s ilə İslandiya izləyir. Bəs Azərbaycan neçənci sıradadır?
         Azərbaycan 38.32 Mbps ortalama yükləmə sürəti ilə dünyada 117-ci yerdədir. Madaqaskar 41.49 Mbit/s ilə ölkəmizi üstələdiyi halda, Haiti isə 36.89 Mbit/s internet sürəti ilə ilə Azərbaycandan geri qalır.
    SıraÖlkəOrtalama internet sürəti (Mbit/s)
    1.Sinqapur284.13
    2.Birləşmiş Ərəb Əmirlikləri276.02
    3.Honq Konq (SAR)274.26
    4.Çili265.12
    5.Amerika Birləşmiş Ştatları254.01
    6.İslandiya242.94
    7.Fransa242.45
    8.Çin241.69
    9.Monako238.07
    10.Tayland231.25
    11.Danimarka224.14
    12.İspaniya217.30
    13.Rumıniya214.13
    14.İsveçrə205.06
    15.İsrail199.20
    16.Kanada198.22
    17.Yaponiya196.59
    18.Hollandiya192.77
    19.Lixtenşteyn189.37
    20.Macarıstan178.50
    21.Portuqaliya173.57
    22.Küveyt170.83
    23.Tayvan169.67
    24.Yeni Zelandiya166.38
    25.Cənubi Koreya160.59
    116.Madaqaskar41.49
    117.Azərbaycan38.32
    118.Haiti36.89
     
     
     
     
     
    Paylaş
    Bənzər xəbərlər