eBay Depop-u 1,2 milyard dollara alır
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Etsy ikinci əl geyim platforması olan Depop-u eBay-ə 1,2 milyard dollar nağd ödəniş qarşılığında satdığını açıqlayıb. Şirkətin bildirdiyinə görə, bu addım Etsy-yə öz əsas marketplace platformasına daha çox fokuslanmağa imkan verəcək.
2011-ci ildə yaradılan Depop xüsusilə Gen Z və millennial nəsli arasında populyar olan ikinci əl geyim tətbiqidir. 2025-ci ildə platformada ümumilikdə 1 milyard dollara yaxın satış (gross merchandise sales) həyata keçirilib. ABŞ bazarında isə şirkət illik müqayisədə təxminən 60 % artım göstərib.
2025-ci ilin 31 dekabr tarixinə olan məlumata görə:
- 7 milyon aktiv alıcı
- 3 milyondan çox aktiv satıcı
- Alıcıların təxminən 90 %-i 34 yaşdan aşağıdır
eBay-in baş direktoru Jamie Iannone bildirib ki, Depop sosial yönümlü və güclü icma əsaslı marketplace qurub və eBay-in miqyası və əməliyyat imkanları ilə daha sürətli böyümə potensialına malik olacaq.
Paylaş
Bənzər xəbərlər