
Ekoloji çirklənmənin fəsadları. Dünya okeanında ölü zonaların sayı sürətlə artır
Okeanın oksigendən məhrum olmuş zonaları həyatsız qalırlar. Hər il isə belə ölü zonaların sayı getdikcə artır.
Dünya pkeanında təhlükəili
tendensiya inkişaf edir. Söhbət, oksigen miqdarının azalmış olduğu zonaların
yaranmasından gedir. Bunun əsas səbəbi isə axınlardan suya düşən azot-fosfor
gübrələridir. Nəticədə birhüceyrəli dəniz yosunlarının (oksigeni udan və
bakteriyalar üçün olan qida mənbəyi) çiçəklənməsi baş verir. Bura qlobal istiləşməni
də əlavə etdikdə proses daha da sürətlənir. Belə ki, yüksək temperatur yosunlar
üçün optimal variantdır.
Okeana şəhər qazonlarından və kənd təsərrüfatı sahələrindən
gübrələr düşür. İlk dəfə alimlər bunu 1950-ci ildə müşahidə etməyə başladılar.
Həmin vaxtdan isə Dünya okeanında olan ölü zonalarının say artımını təyin etmək
mümkündür. Belə ki, bu vəziyyəti yalnız dünya cəmiyyətinin dəstəyi sayəsində dəyişmək
olar. 1995-ci ildə bütün planet üzrə 305 ölü zona aşkar edilmişdi. 2007-ci ildə
bu göstərici 405 olmuş, son 10 illikdə isə 10 dəfə artmışdır. Bu cür nəticələr
beynəlxalq alimlər qrupunun tədqiqatları əsasında əldə olunub. Bundan əlavə
olaraq həmçinin çay mənsəbləri, dəniz sahilləri və sahillərdən uzaq zonalar da
həyatsız vəziyyətə düşürlər.
Bununla da bir çox dəniz canlıları həmin zonalarda
yaşaya bilmirlər. Bu cür zonaların artması qalan yerlərdə kəskin rəqabətin
yaranmasına və müxtəlif canlı orqanizmlərin məhv olmasına gətirib çıxardır.
Bununla yanaşı bu, bütün planetə də təsir edir. Belə ki, atmosferə oksigenin
böyük bir hissəsi məhz Dünya okeanından gedir. Sonda isə oksigenin azalması zərərli
maddələrin konsentrasiyasına gətirib çıxardır. Bu təhlükəli tendensiyanı
dayandırmaq üçün qlobal istiləşmə ilə mübarizədə daha ciddi addımlar atmaq
lazımdır.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...