Logo
    main-post-cover

    Elon Musk, prezidentliyə namizədliyini irəli sürən Kamala Harris-in saxta videosunu yayımlaqda ittiham olunur!

    Digər
    29.07.2024
    Aslan

         Elon Musk, X-də paylaşdığı video ilə müzakirə mövzusuna çevrilib. ABŞ-da seçkilər yaxınlaşdıqca prezidentliyə namizəd Kamala Harris-ə aid olduğu iddia edilən videonu paylaşan Musk, saxta xəbərlər yaymaqda ittiham olunur.

         Bildiyiniz kimi, dünyanın aylardır gündəmi ABŞ-da keçirilən prezident seçkiləridir. Noyabrın 5-də keçiriləcək seçki öncəsi bütün namizədlər seçki üzərində işləyərkən Elon Musk-ın bugünkü paylaşımı böyük səs-küyə səbəb olub. Görünən odur ki, Musk, ABŞ prezidentliyinə namizəd Kamala Harris-ə məxsus olduğu iddia edilən videonu, sahibi olduğu platformada, yəni X-də yayımladığı üçün problemlə üzləşəcək. Elon Musk-ın paylaşımındakı video, əslində Kamala Harris-in seçki kampaniyası üçün hazırladığı videodur. Orijinal videoda fonda Harris-in səsi də var. Lakin Elon Musk-ın X-də “This is amazing” başlığı ilə paylaşdığı videonun fonundakı səs, Kamala Harris-ə aid deyil.
    View post on X
         Görünən odur ki, Harris-in səsləndirdiyi iddia edilən videoda “Hər kəs həm cinsiyyətçi, həm də irqçidir” və “Ölkəni idarə etmək haqqında zərrə qədər də məlumatım yoxdur” kimi ifadələrin olması Musk-ın xoşuna gəlib, ona görə də bu videonu X-də "Əla" kimi şərhlə paylaşıb. Göründüyü kimi, seçki tərəfində müəyyən manipulyasiya cəhdləri üçün alət olmuş Musk, ABŞ seçkiləri öncəsi tərəfini açıq şəkildə ortaya qoyub. Saxta videoya görə ittiham olunan prezidentliyə namizəd Harris, bu məsələ ilə bağlı belə bir açıqlama verib: “Amerika xalqı Elon Musk-ın və Donald Trump-ın saxta, manipulyasiya edilmiş yalanlarını deyil, vitse-prezident Harris-in təklif etdiyi real azadlıq, fürsət və təhlükəsizliyi istəyir”. Bu yazı, X-in nəşr qaydalarına ziddir. Lakin X-in nəşr qaydalarının X-in sahibinə şamil olub-olmadığı məlum deyil. Görək, Musk, bu vəziyyətdən necə çıxacaq.
    Paylaş