
F1 2016 rəsmi olaraq anons olunub
Codemasters studiyası rəsmi olaraq F1 yarış oyun seriyasının
yeni hissəsi F1 2016-nı anons edib. Oyun bu ilin yay fəslində PC, PS4 və Xbox
One üçün satışa çıxacaq. Verilən məlumata əsasən F1 2016-nın əsas xüsusiyyəti
keçmiş oyunlardan fərqli olaraq maraqlı singleplayer rejiminin mövcud
olacağıdır. 10 sezon ərzində oyunçular karyera pilləsini qalxaraq müxtəlif
müqavilələr bağlaya, öz komandasını dəyişə və ya çempionatda inkişaf etdirə biləcəklər.
Bundan əlavə olaraq avtomobillərin yeni dəyişilməsi sistemi hesabına oyunçular
bolidlərin xırda ayarlarına kimi düzəliş edə biləcəklər. Həmçinin oyuna yeni
yol kimi Bakı şəhəri də daxil ediləcək.
Paylaş
Bənzər xəbərlər