
"Facebook"dan ən yeni tətbiq-Lifestage
Bu günlərdə etdiyi yeniliklərlə diqqətləri üzərinə
çəkməyi bacaran "Facebook", yeni bir tətbiqi sevənlərinə təqdim edib. Yeni tətbiqin
adı Lifestage olub, Snapchat-a rəqib olması gözlənilir.
Qeyd edək ki, bu yenilik "Facebook"un, "Snapchat"a qarşı atdığı ilk addım deyil. Beləki,
bir müddət əvvəl Instagram-a Hekayələr xüsusiyyətin əlavə etməklə gündəmə gəlməyi
bacarmışdı. Lifestage-nin əsas fərqi nədədir?
Lifestage yalnızca yeniyetmələrin istifadəsi
üçün nəzərdə tutulub!
Bu
yenilik Facebook-un ən gənc işçisi tərəfindən təklif olunub. Burda hədəf kütlə
isə yeniyetmələrdir. Tətbiqi yaradan Maykl Seymanın (Michael Sayman) sözlərinə
görə öz dostlarınıızla qrup yarada bilər ya da tək-tək danışa bilərsiniz. Bu tətbiqi
istifadə etmək üçün 20 nəfər tələb olunur. Snapchat-a bənzərliyi ilə diqqət çəkən
Lifestage-i istifadə etmək üçün eyni yerdə təhsil alan 20 nəfər tələb olunur.
Bu sayı tamamladıqdan sonra qruplar düzəldə bilər və profilləri görə bilərsiniz.
Facebook hesabı ilə giriş mümkündür və hələ ki, Amerikadakı təhsil obyektləərinin
şagird və tələbələri istifadə edə bilirlər. Həmçinin tətbiq sadəcə iOS istifadəçilərini
əhatə edir. Əgər Lifestage uğur qazansa, daha da inkişaf etdirilməsi gözlənilir.
Yalancı profillərdən seçilməsi üçün Lifestage-də istifadə olunan profildə Selfie ilə çəkilən şəkillərin qoyulması tələb olunur.
Paylaş
Bənzər xəbərlər