Logo
    main-post-cover

    GameStop ABŞ-də 400-dən çox mağazanı bağlayır

    Digər
    12.01.2026
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, GameStop 2026-cı ilə ABŞ üzrə genişmiqyaslı mağaza bağlanmaları ilə başlayır. Şirkət bu ay ərzində 42 ştatda ümumilikdə 400-dən çox mağazanı bağlamağı planlaşdırır və ya artıq bağlayıb.
    GameStop: 'We continue to sell over half of all PS4 and Xbox One' games -  GamesBeat
        Şirkətin baş direktoru Ryan Cohen-in uzunmüddətli hədəfi GameStop-un bazar dəyərini 100 milyard dollara çatdırmaqdır. Bu hədəfə nail olacağı təqdirdə Cohen-in təxminən 35 milyard dollar dəyərində səhmlər və opsionlar əldə etməsi mümkün olacaq. Bu məqsədə çatmağın yollarından biri isə xərclərin kəskin şəkildə azaldılmasıdır. GameStop 2024-cü maliyyə ilində artıq 590 mağazanı bağlamışdı. Şirkət ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim etdiyi son hesabatında 2025-ci maliyyə ilində də “əhəmiyyətli sayda əlavə mağazanın bağlanacağını” açıqlayıb. Maliyyə ili yanvarın 31-də başa çatdığı üçün prosesin sürətləndirildiyi bildirilir.
        Mağaza bağlanmalarını izləyən ixtisaslaşmış bloqlara görə, 11 yanvar 2026-cı il tarixinə olan məlumata əsasən, bağlanacaq mağazaların sayı 435-ə çatıb. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin fevral ayına olan vəziyyətə görə GameStop ABŞ-da 2 325 mağaza fəaliyyət göstərirdi. Bu isə şirkətin pərakəndə satış şəbəkəsində ciddi kiçilmə deməkdir.
    Paylaş
    Bənzər xəbərlər