main-post-cover

    GameSummit Baku 2024: 31 May - 2 İyun tarixlərində Bakıda böyük oyun tədbiri

    Digər
    31.01.2024
    Emil Nəcəfov
         Mayın 31-dən iyunun 2-dək Crystal Hall-da regionun ən böyük oyun festivalı olan GameSummit Baku 2024-ün keçirilməsi planlaşdırılır.
         Tədbirdə ən müasir virtual reallıq və simulyasiyaya xüsusi diqqət yetiriləcək. Ən son oyun yenilikləri, yerli oyun tərtibatçılarının nailiyyətləri və qlobal eSports turniri də vurğulanacaq. Festival Biznes Günü, ESports Günü, həmçinin kosplay və konsertlərdən ibarət olacaq.
         Ziyarətçilər NES, SEGA və PlayStation 1 kimi əfsanəvi konsollarnan retro oyunları oynayarkən keçmişin nostaljisini yaşamaq və virtual reallığa qərq olmaq imkanı əldə edəcəklər. GameSummit Baku 2024-də, həmçinin iştirakçıların iştirak edə biləcəyi kosplay yarışması keçiriləcək, harda iştrakçılar oyun, anime və digər mediyaya aid geyimlərini nümayiş edə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər