main-post-cover

    GTA 5-in ləğv edilmiş DLC paketləri illər sonra ortaya çıxıb!

    Digər
    24.04.2024
    Farid Pardashunas

         Məlum olub ki, Rockstar Games-in planlarına GTA 5-in ləğv edilmiş DLC paketləri də daxil imiş.

         Sən demə, əvvəllər Rockstar Games oyuna Trevor mərkəzli DLC əlavə etməyi planlaşdırırmış, lakin sonradan bu planlarından imtina etməli olublar. GTA 5-in personajlarından Trevor obrazını canlandıran aktyor Steven Ogg, oyunda Trevor-a fokuslanan və oyunun hekayəsini genişləndirən bir DLC-nin nəzərdən keçirildiyini açıqlayıb, lakin bu plan GTA Online-ın gözlənilməz şəkildə məşhur olması səbəbilə ləğv edilib. Bu yaxınlarda yayımlanan müsahibədə GTA 5-in aktyor heyəti bir araya gələrək oyun təcrübələrindən danışıb və oyunla bağlı təfərrüatları paylaşıblar. Bildirilib ki, bu müsahibədə pərdəarxası baş verənlərlə bağlı bir çox təfərrüatlar, eləcə də heç vaxt dərc olunmayan çoxlu video görüntülər yer alıb.
         Yığıncaqda iştirak edən üç oyunçu, Trevor-un oynadığı bir DLC-nin heç vaxt buraxılmadığını və Trevor-un Federal Təhqiqat Bürosunda (FIB) agent kimi göstəriləcəyini, lakin Rockstar tərəfindən bu ideyanın ləğv edildiyini bildiriblər. Bu barədə danışan oyunçular, Trevor-un gizli işləyəcəyi və federallara xidmət edəcəyi bir hekayənin çəkildiyini, lakin bu məzmunun heç vaxt yayımlanmadığını söyləyiblər. Rockstar-ın bu DLC ideyasını ləğv etməsinin əsas səbəbinin GTA Online-ın gözlənilmədən böyük populyarlıq qazanması olduğu ifadə edildi. Artıq bildiyiniz kimi, həm IAA-nın məxfi agenti olmaq, həm də FIB-yə sızmaq missiyaları GTA Online-a daxildir. Buna görə də şirkətin öz resurslarını və diqqətini GTA Online-ın inkişafına yönəltməsinə və oyunçulara daim yeni məzmun təklif etməsinə üstünlük verildi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər