
Hamıdan daha çox bildiyini iddia etmək: Dunning Kruger təsiri
Bir çox insanlar hər zaman digərlərindən
daha çox bildiyini iddia edirlər. Elmi dildə bunun adı Dunning Kruger təsiri adlanır.
Əslində həyatımızın hər anında belə
xarakterli insanlarla qarşılaşırıq. Nə qədər az bilik, bacarığa sahib olsalar
da özlərini hər zaman hər şeyi bilən kimi göstərməyə çalışırlar. Buna daha çox "cahil
cəsarəti” adını vermək daha yerinə düşər. Bu dunning-kruger sindromu
adlanır. Psixologiya sahəsində Ignobel (antinobel mükafatı) mükafatına layiq görülmüşdür. Bu
araşdırmanı Justin Kruger və David Dunning tarixə keçirtməyi bacarmışdılar. Bu nəzəriyyənin əsasını "Cəhalət gerçək bilginin əksinə, fərdin özünə olan
güvəni artırır” fikri təşkil edir. Müxtəlif aparılan təcrübələr nəticəsində
ağaşıdakı nəticələr əldə edilmişdi:
- Bacarıqsız insanlar nə dərəcədə yetənəksiz
olduqlarının fərqində olmazlar.
- Bacarıqsız insanlar əslində olmayan
bacarıqlarını göstərməyə çalışarlar.
- Bacarıqsız insan bacarıqlı insanları heç
vaxt qiymətləndirə bilməz.
- Əgər bacarıqlarını artırmağa çalışsalar,
onda bacarmadıqlarının fərqinə vara bilərlər.
Dəyərləndirmə zəifliyi:
İki mütəxəssis daha sonra, bu teoremləri
test ediblər. Cornell universitetində 45 tələbə arasında test aparılıb. Testdə ən
zəif nəticə göstərənlərdən nə nəticə göstərəcəkləri soruşduqda, testin 60%
doğru cavab verəcyini, hətta biraz hazırlaşsaydı bunun 70% olacağını bildirib.
Əslində isə bu tələbələr 10% və daha az nəticə göstərənlər idi. Digər qrup isə
90% doğru cavablandırmağına baxmayaraq, bu göstəricinin 70% ola biləcəyini
deyib. Göründüyü kimi savadlı tələbələr daha təvazökar olduğu halda, çox az
savadı olanlarda eqo yüksək səviyyədə özünü göstərir. Buna bəzən superiorite
illüziyası də deyilir. Mənası isə üstünlük yanılmasıdır.
Etdikləri bu təcrübə nəticəsində alimlər
2000-ci ildə Antiobel mükafatı qazandılar.
Burdan çıxacaq nəticə bir şeylər
bacarırsınızsa və öz üzərinizdə işləyirsinizsə, onda eqonuzu deyil, öz güvəninizi
artırın. İnanın və çalışın.
Paylaş
Bənzər xəbərlər