Logo
    main-post-cover

    HBO-dan tarixi bir açıqlama: Bitcoin-in qurucusunun kim olduğunu müəyyən etdik!

    Digər
    04.10.2024
    Farid

         Kriptovalyutalar deyiləndə ağıla ilk gələn Bitcoin-dir və onun yaradıcısı Satoshi Nakamoto ləqəbi ilə tanınır. Tezliklə yayımlanacaq HBO sənədli filmi isə onun həqiqi kimliyini açıqlaya bilər.

         Tezliklə yayımlanacaq bir HBO sənədli filmi, kim olduğu hələ də bilinməyən Satoshi Nakamoto-nun əsl şəxsiyyətini aşkar etdiyini iddia edir. Əgər iddia edildiyi kimi, Bitcoin-in yaradıcısının əsl kimliyi etibarlı sübutlarla açıqlanarsa, maliyyə bazarları və ABŞ prezident seçkiləri başda olmaqla bir çox sahədə sarsıdıcı təsirlər yaşanacağı deyilir. Qeyd edək ki, sözügedən sənədli filmi QAnon konspirasiya nəzəriyyəsini ifşa edən "Q: Into the Storm" adlı layihənin arxasındakı ad, yəni Cullen Hobac idarə edəcək. Üstəlik, Satoshi-nin kimliyini açıqlayacaq bu sənədli filmin gələn həftənin çərşənbə günü yayımlanacağı bildirilib.
         Cullen Hobac, mövzu ilə bağlı belə bir açıqlama verib: "Bəziləriniz mənim niyə ortadan yox olduğumu düşünmüş ola bilər. Əslində, mən də yoxa çıxan birisini izləyirdim. Bitcoin-in arxasında kimin olduğunu bilmək istəyirsinizmi?". Kriptovalyuta birliyinin Satoshi Nakamoto-nun kimliyinin ifşa edilməsinə qarşı çıxdığı bildirilir. Hətta Satoshi-nin kim olduğunun ortaya çıxması, kriptovalyutaların qeyri-qanuni işlərdə istifadə edilməsi iddiası ilə hüquqi prosesin başlanmasına səbəb ola bilər. Son olaraq, Satoshi-nin 1.1 milyon Bitcoin-ə sahib olduğu təxmin edilir ki, bu da hazırkı qiymətlərlə 66 milyard dollar dəyərindədir.
    Paylaş