
Hideo Kojima yeni oyunu haqqında ilk məlumatları verib
Weekly Famitsu jurnalına müsahibə verən zaman Hideo Kojima
onun yeni studiyası Kojima Productions-un ilk oyunu haqqında bir neçə məlumat
verib. Müsahibə əsnasında Kojima bildirib ki, hazırlanan yeni irimiqyaslı
action janrlı oyun Uncharted və The Division tipli oyunları sevən insanların ürəyincə
olacaq. Yeni oyunun open-world olub olmayacağı haqqında Kojima heç bir məlumat
verməyib. Lakin o bildirib ki, studiya gameplay, süjet və personajlar ilə müxtəlif
təcrübələr aparır. Kojimanın sözlərinə görə yeni oyunun anonsu bir çoxlarının
gözlədiyi kimi o qədər də səs küylü olmaya bilər. Buna baxmayaraq oyunçular özləri
oyunu oynayandan sonra dərin hislər keçirdəcəklər. Hələki adı bilinməyən yeni
oyun PS4 və PC üçün hazırlanır. Daha əvvəl verilən məlumata görə Kojimanın yeni
layihəsində dərin dramatik süjet xətti və seçim azadlığı olacaq.
Paylaş
Bənzər xəbərlər