
Hindistanda Google Maps xətasına görə, 3 nəfər həyatını itirib!
Digər
27.11.2024
Aslan
Hindistanda Google Maps, avtomobili fəaliyyəti dayandırılmış bir körpüyə yönəldib. Körpüdən düşən avtomobildə olan 3 nəfər isə həyatını itirib.
Google Maps çox faydalı bir tətbiq olsa da, ani dəyişiklikləri dərhal aşkar edə bilmir. Bunun acı nəticəsi isə Hindistanda yaşanıb. Tətbiq, içərisində 3 nəfərin olduğu bir avtomobili aylar əvvəl sel zamanı dağılan və yenidən tikinti işləri aparılan Ramganga çayı üzərindəki körpüyə yönləndirib. Təəssüf ki, sürücü körpünün davamının olmadığını son ana qədər görə bilməyib. Hadisənin gecə baş verməsi də sürücünün görmə imkanlarını ciddi şəkildə məhdudlaşdıran vacib bir faktor olub. Nəticədə, körpüdən aşağı düşən avtomobildəki 3 nəfər həyatını itirib.

Qəza sonrası aparılan araşdırmalarda zərərçəkənlərin qəza baş verməzdən əvvəl Google Maps-dən istifadə etdiyi aşkarlanıb. Bununla yanaşı, zərərçəkənlərin yaxınları körpünün girişində sürücüləri xəbərdar edən heç bir işarənin olmadığını iddia ediblər. Həmçinin, Google-un xəritə sisteminin zərərçəkənləri səhv istiqamətləndirdiyini bildirərək narazılıqlarını ifadə ediblər.
Paylaşılan detallara nəzər yetirsək, təkcə Google Maps-in günahkar olmadığını deyə bilərik. Çünki körpünün girişində sürücüləri məlumatlandıran heç bir işarənin olmaması ciddi təhlükəsizlik problemlərindən biridir. Bundan əlavə, Google Maps-in sürücüləri körpü sanki istifadəyə yararlıymış kimi istiqamətləndirməsi hadisənin daha faciəvi nəticələnməsinə səbəb olub.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
