
"Instagram", "SnapChat"dan sonra gözünü "Youtube"un funksiyalarına dikdi!
"Instagram” bəzi istifadəçi hesablarında videolar üçün "Kanallar” funksiyasını sınaqdan keçirdir.
Şəkil
paylaşmaq üçün bir sosial şəbəkə olaraq bilinən "Instagram”, deyəsən gələcəyin
videoda olduğunu kəşf edib.
Hardan
bilirik? Tətbiqin "Kəşf et” hissəsində yerləşdirilmiş yeni bir video "Kanallar”
bölməsi var.
Funksiya
6.0.1 Marshmallow ilə işləyən bir Android telefonda görülüb. Normalda, "Kəşf et" səhifəsinə
girdiyiniz zaman, "bəyənə biləcəyiniz” video və şəkillərin "thumbnail”
görüntüsü ilə qarşılaşırdınız. Burada xüsusi şəkil tiplərinə görə qruplara
ayrılmış müəyyən kateqoriyalar var, ancaq bu funksiya geniş formatda, yeni "Kanallar”
funksiyasının yanında heç bir şeydir.
Kanallar
ikonuna daxil olduğunuz zaman, 64 fərqli kateqoriyadan ibarət olan menyuya yönləndirilirsiniz.
"Instagram” bu funksiyanı kiçik bir qrup
istifadəçinin üzərində sınaqdan keçirdir. Şirkət, eynilə yeni hazırlanmış "qaralama olaraq saxla” funksiyasında olduğu kimi
yeni funksiyalar üçün bunu tez tez edir.
Paylaş
Bənzər xəbərlər