Logo
    main-post-cover

    Statistikalara görə, iPhone və Mac istifadəçiləri, cihazlarından daha uzun müddət istifadə edirlər!

    Digər
    12.07.2024
    Farid

         Pandemiya dövründə dəyişən iş və təhsil şərtlərinə görə, sürətli dəyişiklik dövrünə qədəm qoyan Apple istifadəçiləri, əyləci basmış vəziyyətdədirlər. Belə ki, artıq bu istifadəçilərin cihazlarını dəyişmək dövrləri 3 ilə qədər artıb.

         İstehlakçı davranış hesabatlarına görə, 2023-cü ildə iPhone istifadəçilərinin 71%-i və Mac istifadəçilərinin isə 63%-i 2 ildir eyni cihazdan istifadə etdiklərini, iPad istifadəçilərinin isə 56%-i 3 ildir eyni cihazdan istifadə etdiklərini bildirib.
         2020-ci ildə aparılan eyni araşdırmaya görə, Apple istifadəçilərinin dəyişmə siklində əhəmiyyətli artım var. Bunun ən böyük amilləri Apple-ın köhnə cihazlara dəstəyini genişləndirməsi, Apple cihazlarının uzun ömür müddəti və iqtisadi çətinliklərdir. Bundan əlavə, pandemiya dövründə uzaqdan işləmə populyarlaşdıqda, istehlakçılar sürətli dəyişiklik dövrünə girdilər. Bu da müqayisə üçün vacib amildir. Dövr nə qədər uzun olsa, təbii olaraq Apple cihaz satışlarında azalma yaşayacaq. Bununla belə, ekosistemə yeni başlayan istehlakçılar və dövrün sonunda cihazlarını dəyişməyə qərar verən istifadəçilər, bu azalmaya dayana bilərlər.
    Paylaş