
Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Digər
19.03.2025
Emil
19 mart 2025-ci il tarixində ölkənin birinci bankı Kapital Bank-ın İdarə Heyətinin sədri və Baş İcraçı Direktor Fərid Hüseynov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Elnur Abdullazadə ilə mentorluq proqramı çərçivəsində görüş keçirib.
Görüş zamanı bank sektorunda innovativ yanaşmalar, rəqəmsal transformasiya, müasir liderlik prinsipləri, risklərin idarə olunması və biznesin davamlı inkişaf strategiyaları kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Fərid Hüseynov bilik və təcrübə mübadiləsinin uğurlu liderlərin yetişməsində əsas rol oynadığını vurğulayaraq, mentorluq proqramının gənc idarəçilər üçün unikal inkişaf fürsəti yaratdığını bildirib. O, Elnur Abdullazadənin bu prosesdə əldə edəcəyi bilik və bacarıqların gələcək karyerasında mühüm rolundan bəhs edib.
Daha sonra Fərid Hüseynov mentinin Kapital Bank-da həyata keçirilən innovativ layihələrlə və bankın əsas biznes prosesləri ilə tanış olacağını vurğulayıb. O, eyni zamanda bir il ərzində bankın müxtəlif departamentləri ilə əməkdaşlıq edərək real iş proseslərini izləmək və idarəetmə təcrübəsini artırmaq imkanı da əldə edəcək.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Layihə gənc və perspektivli idarəçilərin aşkarlanması, inkişaf etdirilməsi və ölkənin müxtəlif sahələrində liderlik potensiallarının artırılması məqsədi daşıyır. Mentorluq proqramı isə bu müsabiqənin mühüm hissəsidir və qaliblərin dövlət və özəl sektorun nüfuzlu rəhbərləri ilə birbaşa əlaqə qurmasına şərait yaradır. Qeyd edək ki, hazırda beşinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi davam edir. Qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan “yukselish.az” vasitəsilə həyata keçirilir və 10 aprel 25025-ci il tarixinədək davam edəcək.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Paylaş
Bənzər xəbərlər

Digər
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşuldu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən start verilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşulub.

Digər
Birbank-da daşınmaz əmlak üzrə ƏDV-nin 30%-ni geri almaq imkanı davam edir
Müasir və innovativ həlləri ilə müştərilərinə daim faydalı imkanlar təqdim edən Birbank daşınmaz əmlak sahibləri üçün sərfəli imkanlar yaradır. Belə ki, Azərbaycan Respublikası ərazisində yaşayış və qeyri-yaşayış sahələri alanlar ödəmiş olduqları ƏDV-nin 30%-ni geri ala bilərlər.

Digər
Birbank Bahar Lotereyası başlayır: superpriz “Toyota Corolla” avtomobili
Birbank bu baharı müştəriləri üçün unudulmaz edir. Belə ki, 11 mart-15 may 2025-ci il tarixləri arasında Birbank-da onlayn kanallardan nağd kredit və ya kredit kartı əldə edən müştərilər stimullaşdırıcı “Birbank Bahar Lotereyası”-na qoşulurlar.

Digər
Doğru yolda yeni karyera imkanları: Birbank-ın “PO Growth” proqramına start verildi
Birbank-ın gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirdiyi “PO Growth” proqramına start verildi. Proqram məhsul sahibliyi sahəsində karyera qurmaq istəyənlərə nəzəri biliklərlə yanaşı praktiki təcrübə qazanmaq imkanı da yaradacaq.

Digər
Birbank Biznes-in “Hər İşdə Birinci Qadınlar” yarmarkası başa çatdı
Birbank Biznes qadın sahibkarlara dəstək olmaq və onların inkişafına töhfə vermək məqsədilə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində xüsusi təşəbbüslə çıxış etdi.
Ən çox oxunanlar

İnsanabənzər robotlar arasında boks döyüşü anons edilib (VİDEO)
