
Kosmik gəminin enişi üçün Mars-da uyğun yer axtarılır
NASA 20 ildən sonra Mars-a ilk kosmik gəmisini göndərəcək. Lakin həmin kosmik gəminin enişini həyata keçirmək üçün Marsda artıq uyğun yer axtarılır. Mars planetinin tədqiq edilməsi proqramının detalları üzrə müzakirələr bir neçə vaxt bundan qabaq Texas ştatının Hyuston şəhərində yerləşən Ay və planetlərin müşahidəsi institutunda aparılırdı. Eniş üçün 200 kvadrat kilometr böyüklüyündə ərazi lazım olacaq. Relyefin uyğunluğundan başqa o həmdə elmi nöqteyi nəzərdən maraq göstərməlidir. NASA-nın direktorunun elmi suallar üzrə köməkçisi John Grunsfeld-in sözlərinə görə bu meşahidələr üçün illərlə vaxt lazım olacaq
NASA-nın proqramı əsasında Mars-a yollanacaq ilk insanın uçuşu 2030-cu illərin ortalarına planlaşdırılır. Hazırlıq bir neçə hissədən ibarət olacaq. "Mars-2020" missiyası əsasında Mars-a astrobioloji müşahidələr üçün robot göndəriləcək. Müşahidənin əsas hədəfi planetin keçmiş yaşam şəraiti və geoloji materialların hüdudlarından kənarda həyatın var olma sübutları olacaq. 2022-ci ildə isə Mars-a su buzlaqlarının axtarışı üçün çoxfunksiyalı avtomatik planetlərarası stansiya göndəriləcək. Astronavtlar planetdəki müşahidələri zamanı həmin buzlaqlardan istifadə edə bilərlər. Bu cür resursların olması kosmik gəminin enişi üçün uyğun yerin tapılmasında vacib şərtlərdən biridir.
Paylaş
Bənzər xəbərlər