
Mark Zuckerberg'in Konqresdə cavab verə bilmədiyi suallar hansılar idi?
Facebook şirkətinin təsisçisi və CEO-su Mark Zuckerberg 11
Aprel tarixində ABŞ Konqressinin nümayəndələr palatasında 5 saat ifadə verib.
O, 55 konqresmenin suallarına cavab verib. Hər bir konqresmenin isə sualları
vermək üçün 4 dəqiqə vaxtı olub. İfadənin əsas mövzuları 87 milyon Facebook
istifadəçisinin məlumatlarının sızdırılması, ABŞ-ın prezident seçkilərinə Rusiya
Federasiyasının Facebook vasitəsilə müdaxilə etməsi olub. Konqresmenlər həmçinin
məlumatların yığılması, Facebook-un sosial şəbəkələr arasındakı monopoliyası,
reklam targetinqi məslələrinə də toxunublar. Qeyd etmək lazımdır ki, sonuncu
sadalanmış məsələlərdə konqresmenlər özlərini o qədər də bilikli göstərməyiblər.
Məlumatların sızdırılması haqqında
“Biz, bizim alətlərimizin zərərli işlər üçün istifadəsinin
qarşısını almaq üzrə yetərincə iş görmədik. Bu, fake xəbərlərə, prezident
seçkilərinə müdaxilə edən digər xarici dövlətlərə, nifrətin oyadılmasına, tərtibatçılara
və həmçinin istifadəçi məlumatlarına şamil olunur. Biz sonuna qədər anlaya bilməmişdik
ki, bizim məsuliyyətliyimiz nə ilə bağlıdır. Bu isə böyük səhv idi. Bu mənim səhvim
idi” – deyə Mark Zuckerberg öz çıxışında bildirmişdir. Konqresmenlərin suallarını cavablayarkən Zuckerberg etiraf edib ki, bu hadisə çərçivəsində onun
da məlumatarını Cambridge Analytica və digər kənar şirkətlərin əllərinə düşüb.
“Senator Pallone: “Bəli” və ya “Xeyr” deyə cavab verin. İstifadəçi məlumatlarından istifadənin minimuma endirilməsi üçün istifadəçi ayarlarını dəyişməyə hazırsınızmı? Bəlkə bu cür məsuliyyəti öz üzərinizə götürəsiniz?
Mark Zuckerberg: Konqresmen, biz insanlara imkan vermək istəyirik ki....
Senator Pallone: Əgər mümkündürsə mən sizin “bəli” və ya “xeyr” cavabını verməyinizi istərdim. Düşünürəm ki, sizin üçün “bəli” cavabını vermək çətin olmamalıdır
Mark Zuckerberg: Konqresmen, düşünürəm ki, bu, bir cavabdan daha artığını tələb edən düşündürücü və qəliz sualdır
Senator Pallone: Bu məni məyus edir. Çünki mən düşünürəm ki, siz bu cür məsuliyyəti öz üzərinizə götürməlisiniz”.
Məlumatların yığılması və istifadəçilərin danışıqlarının izlənməsi
Zuckerberg çıxışı zamanı konqresmenlərə targetinqin nə üçün
lazım olduğunu və onun necə çalışdığını başa salmalı olub. “Biz reklam verənlərə
məlumatları satmırıq. Onlar həmin məlumatları əldə etmirlər. Biz isə onları
göndərmirik. Biz sadəcə elanları lazımi insanlara göstəririk” – deyə Zuckerberg
bildirib. Zuckerberg-in sözlərinə əsasən targetinqin ciddi şəkildə məhdudlaşdırılması
istifadəçinin aktual reklam görməsinin aşağı düşməsinə gətirib çıxardacaq. Bu
isə öz növbəsində kiçik biznesin daha çox müştəri cəlb etməsi üçün maliyyə xərclərinin
böyüməsinə səbəb olacaq. Belə ki, reklam əvvəlki kimi effektiv olmayacaq.
Palata üzvlərindən biri olan Larry Bucshon telefonlardakı mikrofonlar vasitəsilə
istifadəçi danışıqlarının gizli dinlənilməsi mövzusuna toxunub. O bildirib ki,
öz oğluyla kostyum alışı barəsində müzakirə aparıb və müzakirədən bir qədər
sonra onun oğlu Facebook-da bir sıra kostyum geyimləri ilə bağlı reklamlarla
rastlaşıb. Zuckerberg konqresmenin söylədiyi hadisənin sadəcə bir təsadüf
olduğunu bildirib. Belə ki, bu cür müzakirələrdən sonra insanlar adətən müzakirə
olunmuş mövzu ilə bağlı internetdə axtarışlar edir və ya mövzu ilə bağlı
Facebook səhifələrini axtarışa verirlər. Buna görə də həmin insanların
qarşısına bu və ya digər mövzu ilə bağlı reklamlar çıxır. Lakin konqresmeni bu
cür cavab qane etməyib.
“Mənə elə gəlir ki, kimsə məni telefon vasitəsilə izləyir.
Mən bunda böyük problem görürəm” – deyə konqresmen bildirib. Bununla yanaşı
Zuckerberg bildirib ki, sosial şəbəkə təkcə istifadəçilərdən deyil həmdə
Facebook-dan istifadə etməyən insanların məlumatlarını da yığır. O bunun təhlükəsizlik
məsələsinə görə edildiyini desə də bunun necə edildiyini və şirkətin hansı məlumatları
əldə etdiyini söyləməyib. “Onlar “kölgə hesabları” adlnırlar?” – deyə
konqresmenlərdən biri soruşub. Mark isə növbəsində bu cür termini ilk dəfə
eşitdiyini bildirib. Qeyd etmək lazımdır ki, “kölgə hesablar” termini mütəmadi
olaraq kütləvi informasiya vasitələrində ortaya çıxmışdır. Guya Facebook bu cür
hesabları yaradır və sosial şəbəkədən istifadə etməyən istifadəçilərin məlumatlarını
bu hesablar vasitəsilə yığaraq özündə saxlayır.
Sosial şəbəkənin dövlət tərəfindən nizamlanması
Senatdakı çıxış zamanı kimi Konqres önündə çıxışda da
konqresmenlər Zuckerberg-dən sosial şəbəkənin dövlət tərəfindən nizamlanması
barəsində soruşublar. “İnternet böyüyür və bütün dünyadakı insanların həyatlarında
getdikcə daha böyük rol almağa başlayır. Düşünürəm ki, onun nizamlanması
qaçılmazdır. Mən qaydaların olmaması məsələsinin tərəfdarı deyiləm. Lakin düşünürəm
ki, siz, sizin hansı qaydaları təyin edəcəyiniz barəsində ehtiyyatlı olmalısınız” – deyə
Zuckerberg bildirib.
Lakin özəl həyatın toxunulmazlığı barəsində hansısa
konkret qanunun onun tərəfindən dəstəklənib-dəstəklənməyəcəyi sualı veriləndə
Zuckerberg müzakirədə olan bu cür layihələrlə tanış olmadığını bildirib.
Bununla belə Zuckerberg qeyd edib ki, şirkət 25 May tarixindən qüvvəyə minəcək
özəl məlumatların qorunması (General Data Protection Regulation) üzrə Avropa
qanununu dəstəkləyir. Qeyd etmək lazımdır ki, bu qanun istifadəçi məlumatlarının
maketinq işlərində yalnız istifadəçilərin razılığı ilə istifadəsini təmin edir.
Facebook sözügedən qanunun şərtlərinə əməl edəcəyinə zəmanət verib.
Facebook-un monopoliyası
Həm ABŞ Senatı həmdə ABŞ Konqressi Facebook-un monopoliya
mövzusunu aktual edərək sosial şəbəkə sahəsində düzgün rəqabətin olmadığını
qeyd ediblər. “Əgər mən Ford avtomobili alsam və görsəm ki, o mənim xoşuma gəlmir,
onda mən Chevrolet alacam. Lakin əgər Facebook mənim xoşuma gəlmirsə bu sosial
şəbəkəyə ekvivalent olan digər bir sosial şəbəkə hansıdır?” – deyə 10 Aprel
tarixində senatorlardan biri soruşmuşdu. Hər iki ifadənin verilməsində
Zuckerberg eyni cür cavab verib. “Orta statistik amerikalı ünsiyyət üçün 8 müxtəlif tətbiqdən
istifadə edir”. Söhbətin
hansı tətbiqlərdən getdiyi və onlardan neçəsinin Facebook-a məxsus olduğu barəsində
Zuckerberg heç bir məlumat verməyib. Qeyd etmək lazımdır ki, əsas sosial şəbəkədən
əlavə olaraq Facebook şirkəti həmçinin WhatsApp və Instagram-a da sahibdir.
Zuckerberg-in cavab vermədiyi 6 sual
Çıxışın sonlarına yaxın konqresmen Debbie Dingell 6 sual sadaladı
hansılara ki, Zuckerberg “mən bilmirəm” deyə cavab verib. “Bir baş direktor
olaraq siz əsas faktlardan xəbərsizsiniz” – deyə o bildirib. Cavabı verilməmiş
suallar isə aşağıdakılardır.
Facebook konfidensiallığı siyasətini əhatə edən əsas məhkəmə
işləri
2011-ci ildə ABŞ-ın Federal Ticarət Komissiyası tərəfindən
aparılnmış istintaq nəticəsində Facebook-un cərimə alıb-almadığı / Baxmayarq
ki, birinci istintaqda qanun pozuntusu halında komissiya cərimə təyin etmə
hüququna sahib deyil
“Kölgə
hesablar” nədir?
Facebook hansı sayda kənar tətbiq yoxlamalıdır?
Cambridge Analytica-dan başqa neçə şirkət Kembric
Universitetinin professoru Aleksandr Kogan-dan istifadəçi mıəlumatlarını əldə
etmişdir?
Facebook tərəfindən yığılan bütün məlumat növüləri.
İnvestorların reaksiyaları
İnvestorlar Zuckerberg-in Senat və Konqresdəki çıxışını müsbət
qarşılayıblar. 10 Aprel tarixində Facebook-un səhmlərinin qiyməti 4.5% artmışdır. 11 Aprel tarixində isə bu göstərici 2% olmuş lakin hərracların
bağlanışı zamanı 0.78%-ə enmişdir.
Paylaş
Bənzər xəbərlər