Logo
    main-post-cover

    Məhkumlarla görüşlər üçün onlayn qeydiyyat xidməti istifadəyə verilib

    Digər
    30.04.2026
    Farid
        Ədliyyə Nazirliyi “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidmətini istifadəyə verib.
        Technote.az xəbər verir ki, xidmət görüşlərin daha çevik təşkilinə yönəlib.
        Yeni sistem vasitəsilə ziyarətçilər görüş üçün onlayn müraciət edə bilirlər. Onlar görüşün vaxtını, növünü seçir və sovqatı əvvəlcədən qeydiyyata alırlar.
        İstifadəçilər müraciətin icra statusunu real vaxt rejimində izləyə bilirlər. Bu, prosesin daha şəffaf və nəzarət edilə bilən olmasını təmin edir.
        Xidmətə daxil olmaq üçün myGov ID və ya şəxsiyyət vəsiqəsi məlumatları ilə identifikasiya aparılır. Daha sonra onlayn forma doldurulur və müraciət penitensiar müəssisəyə göndərilir.
        Hazırda xidmət pilot olaraq 4 saylı cəzaçəkmə müəssisəsində tətbiq olunur. Gələcəkdə bütün penitensiar müəssisələrdə mərhələli şəkildə tətbiqi planlaşdırılır.
    Paylaş
    Bənzər xəbərlər