
Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər
Digər
21.04.2025
Emil
12-13 aprel tarixlərində Azərbaycan-Fransız Universitetində (UFAZ) informatika fənni üzrə qızlardan ibarət milli olimpiada komandasına seçmə imtahanı baş tutub.
Ötən il Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI) ölkəmizi təmsil etmiş iştirakçılarla yanaşı, bu il Respublika Fənn Olimpiadasının (RFO) yuxarı yaş qrupu üzrə final mərhələsinə vəsiqə qazanmış bütün qızlara da seçim imtahanına qatılmaq imkanı verildi. Eyni zamanda, aşağı yaş qrupu üzrə 100-dən artıq bal toplamış iştirakçılar da bilik və bacarıqlarını sınamaq fürsəti əldə etdilər. İki gün davam edən seçim mərhələsi zamanı iştirakçılar proqramlaşdırma və alqoritmlər sahəsindəki hazırlıq səviyyələrini nümayiş etdirdilər.

Seçmə imtahanının nəticəsinə əsasən Azərbaycan yığmasının üzvləri müəyyən edilib. Komandanın tərkibinə Bakı şəhəri, Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 10-cu sinif şagirdləri Rahidil Bayramlı və Aytən İskəndərova, həmçinin Gəncə şəhəri, Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 11-ci sinif şagirdləri Ayan Kərimova və Leyla Hacızadə daxil olublar. Qızlar ölkəmizi 14-20 iyul tarixlərində Almaniyanın Bonn şəhərində keçiriləcək EGOI 2025-də təmsil edəcəklər.

Xatırladaq ki, 2017-ci ildən etibarən ölkəmizdə İT/İKT mütəxəssislərinin yetişdirilməsinə və peşəkar inkişafına töhfə vermək məqsədilə məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” MMC, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. 2022-ci ildən etibarən qızlardan ibarət milli olimpiada komandası da şirkətin dəstəyilə xüsusi hazırlıq dərslərinə qatılır.

Paylaş
Bənzər xəbərlər

Digər
Azercell-in dəstək verdiyi “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi
5 aprel tarixində Azercell-in dəstəyi ilə həyata keçirilən “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi baş tutub. ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yarışmanın yekun mərhələsi ADA Universitetində keçirilib.

Digər
“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
Mayın 4-ü Heydər Əliyev Fondunun təşəbbüsü və “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə ölkənin idman gündəliyinin ən əhəmiyyətli tədbirlərindən biri olan “Bakı Marafonu 2025” baş tutacaq.

Digər
“FarmHER” layihəsi uğurla başa çatdı
Azercell-in sosial layihə müsabiqəsinin qalibləri qadınların inkişafına töhfə verməyə davam edir

Digər
Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir
“Azercell Telekom” MMC sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunmasını və onların cəmiyyətə uğurlu inteqrasiyasını dəstəkləyir

Digər
Azercell-in dəstəyi ilə informatika fənni üzrə "Bahar Düşərgəsi" təşkil olundu
Beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər intensiv təlimlərə qatıldılar
Ən çox oxunanlar

Nike isitmə sisteminə sahib ağıllı idman ayaqqabısını təqdim edib - QİYMƏTİ
