
Məşhurlar Azercell-in tədbirində ədəbiyyatdan danışacaqlar
Digər
23.10.2024
Emil
Azercell “Kitab Klubu” layihəsi çərçivəsində Azərbaycanın ədəbi irsinin təşviqinə töhfə verməyə davam edir. Şirkət bu təşəbbüs çərçivəsində oktyabr ayının 25-də xüsusi tədbir keçirəcək. Tədbirin qonaqları yazıçı Ceyhun Hidayətli, qiraətçi Xəzər Süleymanlı və ssenarist Azər Aydəmir olacaqlar.
Qonaqlar müasir Azərbaycan ədəbiyyatı, son zamanlar geniş auditoriyanın diqqətini çəkməyə müvəffəq olan “Əqrəb” romanı və kitab əsasında ərsəyə gələn Azərbaycan serialı “Əqrəb mövsümü” haqqında danışacaqlar.
Tədbirdə tanınmış simalarla yanaşı, Azercell-in “Kitab Klubu”nun üzvləri də iştirak edərək “Bookmate” və “Litres” platformalarında yerləşdirilmiş əsərlərdən parçalar səsləndirəcəklər.
“Kitab Klubu”nun qonağı olmaq və “Homy Brasserie” kafesində keçiriləcək ədəbiyyat axşamında iştirak etmək üçün qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.office.com/r/4BerPc1me6
Paylaş
Bənzər xəbərlər

Digər
İnformatika üzrə olimpiadalara hazırlıq qruplarına seçmə imtahanlar keçirilib
Azercell məktəblilərimizin İT sahəsində inkişafına dəstəyini davam etdirir

Digər
Azercell yaşıl baza stansiyalarının sayını artırır
Lider mobil operator işğaldan azad edilmiş ərazilərdə günəş enerjisi ilə işləyən yeni baza stansiyalarını istifadəyə verir

Digər
Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!
Azercell Stevie Beynəlxalq Biznes Mükafatları tərəfindən “İlin Texnoloji Yeniliyi” və “İlin Korporativ Sosial Məsuliyyət Proqramı” nominasıyaları üzrə qalib seçilib

Digər
Azercell COP29 ərəfəsində “Turist” tariflərini yeniləyir
Ölkəmizə səfər edəcək xarici qonaqlar üçün telekommunikasiya xidmətləri Azercell ilə artıq daha rahat və əlçatandır

Digər
“akart” geniş fəaliyyətə başladı!
Yeni nəsil maliyyə həlli ilə nağdsız hesablaşmalar hər an, hər yerdə və hamı üçün əlçatandır!
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
