Logo
    main-post-cover

    Microsoft Fayl Menecerini daha sürətli açılacaq şəkildə yeniləyir

    Digər
    24.11.2025
    Sevinc
        Technote.az "The Verge” platformasına istinadən bildirir ki, Microsoft Windows 11-dəki File Explorer üçün həm performans, həm də istifadə rahatlığını artıran vacib dəyişikliklər hazırlayır. Son Dev önizləmə versiyalarında File Explorer-in əvvəlcədən yüklənməsi funksiyası əlavə edilib ki, bu da xüsusilə zəif performanslı cihazlarda tətbiqin daha sürətli açılmasına kömək edir.
        Müasir kompüterlərdə File Explorer demək olar ki, dərhal açılır, lakin daha zəif Windows planşetlərində və "handheld" cihazlarda açılışın ləngidiyi hallara tez-tez rast gəlinir. Yeni "preloading" funksiyası ilə bu problem minimuma enəcək. İstifadəçilər istəsələr, bu funksiyanı söndürə də biləcəklər, çünki əksər güclü kompüterlərdə File Explorer-i əvvəlcədən yükləməyə ehtiyac yoxdur. Microsoft bu yanaşmanı daha əvvəl Word kimi Office tətbiqlərinin açılış sürətini artırmaq üçün də istifadə etmişdi.
        Bundan əlavə, Microsoft kontekst menyusunu da səliqəyə salır. Az istifadə edilən əmrlər artıq alt menyulara köçürülür və nəticədə sağ düymə menyusu daha təmiz və daha anlaşılan görünür. Yeni “manage file” bölməsinə ZIP arxiv yaratmaq, fayl yolunu kopyalamaq, masaüstü fonu olaraq təyin etmək, şəkli sağa və ya sola çevirmək kimi əmrlər daxildir. Bulud xidmətləri ilə bağlı əmrlər isə ayrıca “cloud provider” alt menyusunda yerləşdiriləcək və buradan “Send to My Phone” seçimi də əlçatan olacaq. Bu dəyişikliklər hazırda Windows 11-in Dev versiyalarında test edilir və 2026-cı ilin əvvəllərində bütün istifadəçilərə təqdim olunması gözlənilir.
     
    Paylaş