Microsoft süni zəkaya həsr edilmiş tədbir keçirəcəyini elan edib
Digər
19.03.2024
Emil
Microsoft şirkəti süni zəkaya həsr edilmiş tədbirin keçiriləcəyini elan edib. Şirkətin rəsmi məlumatına əsasən süni zəka mövzusunu əhatə edəcək tədbir 20 may tarixində baş tutacaq. Həmin tarixdə baş tutacaq tədbir çərçivəsində Microsoft CEO-su Satya Nadella şirkətin süni zəka sahəsindəki software və hardware üzrə istiqamətlərindən danışacaq. Məlumata əsasən tədbir şirkətin Surface cihazlarını və Windows əməliyyat sistemindəki süni zəka imkanlarını əhatə edəcək.
Bununla yanaşı tədbir çərçivəsində Surface Pro 10 planşetinin və Surface Laptop 6 noutbukunun təqdim olunacağı gözlənilir. Adları çəkilmiş bu yeni cihazlar Qualcomm-un Snapdragon X Elite adlı desktop prosessoru vasitəsilə çalışmalıdırlar. Qeyd etmək lazımdır ki, 21 may tarixində isə şirkətin ənənəvi Build tədbiri start götürəcək və o, 22 may tarixinə kimi davam edəcək. Microsoft Build 2024 tədbirində də şirkət öz yeni süni zəka imkanları barəsində məlumat verməlidir.
Paylaş
Bənzər xəbərlər
Proqram Təminatı
Windows 11 dəstəyini daha 40 ədəd Intel prosessoru əldə edib
Microsoft şirkəti Windows 11-i dəstəkləyən prosessorlar siyahısına 40 yeni prosessor modelini əlavə edib.
Proqram Təminatı
Microsoft Windows 11-də Android tətbiqlər ilə oyunların dəstəklərini dayandıracaq
Microsoft şirkəti rəsmi şəkildə elan edib ki, o, gələn ilin 5 mart tarixindən Windows üçün Android tətbiqlər ilə oyunların dəstəklərini dayandıracaq.
Proqram Təminatı
Android smartfonun ön kamerasını Windows 11-də veb kamera kimi istifadə etmək olacaq
Windows 11 vasitəsilə çalışan kompüterlərdən istifadə edən Android istifadəçiləri yaxın zamanda yeni funksiyanı əldə edəcəklər.
Tech-Biznes
Avropa Komissiyası Microsoft ilə Mistral arasındakı əməkdaşlığı analiz etməyə başlayıb
Dünən Microsoft şirkəti Fransanın Mistral adlı süni zəka startapı ilə əməkdaşlığını elan etdi.
Tech-Biznes
Microsoft dəfələrlə Bing-i Apple şirkətinə satmaq təklifini edibmiş
Google ilə ABŞ Ədliyyə Nazirliyi arasında aktiv olan antimonopoliya məhkəmə işi çərçivəsində təqdim edilmiş sənədlər sayəsində məlum olub ki, Microsoft dəfələrlə Apple şirkətini öz cihazlarındakı Safari brauzeri üçün standart axtarış sistemi qismində Bing-dən istifadə etməyə və ümumilikdə Bing-in alınmasına razı salmağa çalışıb.
Ən çox oxunanlar