Logo
    main-post-cover

    Microsoft-un cloud gəliri 50 milyardı keçdi

    Digər
    29.01.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft maliyyə ilinin ikinci rübü (FY 2026 Q2) üzrə maliyyə nəticələrini açıqlayıb. 1 oktyabr – 31 dekabr 2025 dövrünü əhatə edən bu rübdə şirkət 81,3 milyard dollar gəlir, 30,9 milyard dollar xalis mənfəət əldə edib. Gəlirlər illik müqayisədə 17 %, xalis mənfəət isə 23 % artıb.
    Microsoft to offer cloud-based version of Windows operating system | Reuters
        Rübün əsas hərəkətverici qüvvəsi bulud xidmətləri olub. Microsoft-un ümumi cloud gəlirləri ilk dəfə 50 milyard dolları keçərək illik müqayisədə 26 % artım göstərib. Azure və digər cloud xidmətləri üzrə gəlirlər isə 39 % yüksəlib. Azure və server məhsullarını birləşdirən Intelligent Cloud bölməsi 32,9 milyard dollar gəlir gətirib. Buna qarşılıq, Windows, Xbox və Surface məhsullarını əhatə edən More Personal Computing bölməsi 14,3 milyard dollar gəlir əldə edib və bu istiqamət illik müqayisədə 3 % azalma ilə Microsoft-un rüb ərzində geriləmə yaşayan yeganə biznes bölməsi olub.
        Oyun sektorunda da zəifləmə davam edib. Xbox aparat satışları illik müqayisədə 32 %, ümumi gaming gəlirləri isə 9 % azalıb. Xbox kontent və xidmətləri, o cümlədən Game Pass, 5 % geriləmə göstərib. Şirkət Game Pass abunəçilərinin sayı ilə bağlı yeni rəqəm açıqlamayıb. Microsoft sonuncu dəfə təxminən iki il əvvəl 34 milyon abunəçi olduğunu bildirmişdi.
        PC bazarında isə Windows 10 dəstəyinin mərhələli şəkildə sona çatması fonunda müəyyən canlanma müşahidə olunub. Windows OEM gəlirləri 5 % artsa da, Surface cihazlarının satışındakı azalma səbəbindən Windows və cihazlar üzrə ümumi artım cəmi 1 % olub. Rüb ərzində yeni Surface modelləri təqdim edilməyib və yeni cihazların yaz aylarında elan ediləcəyi gözlənilir.
    Paylaş