Logo
    main-post-cover

    MilliNet2025 başlandı

    Digər
    25.09.2025
    Emil
         Milli İnternet Mükafatı - MilliNet 2025 müsabiqəsinə 24 sentyabr 2025-ci il tarixdən start verilib və layihələrin qəbuluna başlanıb. MilliNet 2025 müsabiqəsi 14 Nominasiya üzrə keçiriləcək.
    Nominasiyalar aşağıdakı kimi təyin edilib:
    1. İlin rəqəmsal hökumət həlli
    2. İlin rəqəmsal təhsil resursu
    3. İlin rəqəmsal maliyyə həlli
    4. İlin e-ticarət həlli
    5. İlin rəqəmsal sosial resursu
    6. İlin rəqəmsal səhiyyə və sağlamlıq resursu
    7. İlin innovativ həlli
    8. İlin rəqəmsal oyunu
    9. İlin informasiya resursu
    10. İlin süni intellekt həlli
    11. İlin rəqəmsal mədəniyyət və turizm həlli
    12. İlin rəqəmsal biznes həlli
    13. Ilin rəqəmsal marketinq həlli
    Xüsusi nominasiya
    14. İlin rəqəmsal siması
         İddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək öz layihələrini (saytlarını, mobil tətbiqlərini, sosial media resurslarını və s.) təqdim edə bilərlər. 
    Qeyd edək ki, MilliNet saytında ötən il qeydiyyatdan keçənlər yeni hesab yaratmadan sistemə daxil olub layihələrini təqdim edə bilərlər.
         Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 15 noyabr tarixdə başa çatacaq. Qiymətləndirmə prosesi 15 dekabradək davam eddəcək. Bu il də müsabiqəyə təqdim edilən layihələr faydalılığı, əhəmiyyəti və əhatə dairəsi nəzərə alınmaqla, xüsusi meyarlar əsasında qiymətləndiriləcək.
    13 Nominasiya üzrə Layihələrin qiymətləndirilməsi münsiflər tərəfindən 2 mərhələdə həyata keçiriləcək.
    Xüsusi nominasiyanın qiymətləndirilməsi MilliNet TK tərəfindən müəyyən olunacaq.
    Yekun Təqdimat mərasiminin dekabr ayının 20-dək keçirilməsi nəzərdə tutulur.
    Müsabiqədə qalib gələnlərə ənənəvi Milli İnternet Mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.
    Milli İnternet Mükafatına  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
    MilliNet-in Baş sponsoru CityNet şirkətidir.

    Gold sponsorlar AzİnTelecom, Lenovo,  və Caspel şirkətləridir.
    YODAMediatrends və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
    MilliNet-in media tərəfdaşları  Technote Media və Xəbərlər.az media resurslarıdır.
    Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin keçirilməsində məqsəd ən yaxşı rəqəmsal resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqəmsal sektorda rəqabətli mühit formalaşdırmaq, Azərbaycanda internetin, informasiya texnologiyalarının və innovasiyaların, bütövlükdə rəqəmsal sektorun  inkişafına kömək etmək, rəqəmsal transformasiyanın daha da sürətlənməsinə dəstək verməkdən ibarətdir.
    Paylaş