NASA buzlaqlar arasında gizli bir döyüş bazası aşkar edib!
Digər
02.12.2024
Farid Pardashunas
NASA radar texnologiyası ilə Qrenlandiyada Soyuq Müharibə bazası "Camp Century"ni aşkar edib. Baza UAVSAR (Uninhabited Aerial Vehicle Synthetic Aperture Radar) adlanan sistem ilə aşkar edilib.
Kəşf edilən baza, əslində ABŞ-ın 1960-cı illərdə Soyuq Müharibənin qızğın çağında inkişaf etdirdiyi mübahisəli bir layihə olan "Project Iceworm" çərçivəsində tikilmişdi. 1959-cu ildə inşasına başlanan Camp Century, Qrenlandiyanın strateji mövqeyindən istifadə edərək Sovet İttifaqına qarşı 600 ballistik nüvə raketini göndərmək üçün nəzərdə tutulmuşdu.
Baza 30 metr dərinlikdə qazılmış tunellərdən ibarət idi və ümumilikdə 4000 kilometrlik bir şəbəkənin qurulması planlaşdırılırdı. Lakin buzlaqların davamlı hərəkəti və mühəndislik çətinlikləri səbəbindən layihə 1967-ci ildə tamamilə tərk edilib. NASA-nın UAVSAR sistemi əvvəlki texnologiyalardan çox daha detallı təsvirlər təqdim edərək bazanın fərdi strukturlarını və obyektlərini üzə çıxarıb. Əvvəllər sənədlərdə qeyd edilməyən detallar, "Project Iceworm"un miqyasını və mürəkkəbliyini ortaya qoydu. Ancaq bu kəşfin yalnız tarixi əhəmiyyəti yoxdur, eyni zamanda ciddi ekoloji riskləri də gündəmdədir. Çünki Camp Century-nin kəşfi, Qrenlandiyadakı buzlaqların sürətli əriməsi ilə ortaya çıxıb.
Buzlaqların əriməsi yalnız milyonlarla kubkilometr suyun sərbəst buraxılmasına deyil, həm də bazada qalmış çirkləndirici maddələrin ətraf mühitə yayılmasına səbəb ola bilər. Əgər bu təhlükəli maddələr həqiqətən suya qarışaraq yayılsa, gələcəkdə ciddi ekoloji problemlərlə qarşılaşa bilərik. Qarşıdakı dövrdə aparılacaq tədqiqatlar həqiqəti üzə çıxaracaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yeni araşdırmalara görə, kosmosdakı kosmonavtların idrak qabiliyyətləri getdikcə zəifləməyə başlayır!
Yeni araşdırmalara görə, kosmosdakı kosmonavtların idrak qabiliyyətləri getdikcə zəifləməyə başlayır!
NASA tərəfindən Beynəlxalq Kosmik Stansiyada aparılan yeni bir araşdırma, kosmosda olduqları müddətdə astronavtların idrak qabiliyyətlərinin zəiflədiyini ortaya qoyub.
NASA, SpaceX və Blue Origin-in Aya enməsini istəyir!
NASA, SpaceX və Blue Origin-in Aya enməsini istəyir!
NASA, Elon Musk-ın şirkəti SpaceX-dən Ay səthinə təzyiqləndirilmiş rover göndərməyi tələb edəcək. Bununla yanaşı, Blue Origin şirkətinin isə Ay səthinə yaşayış məkanı çatdırması planlaşdırılır.
Alimlər ilk dəfə qara dəliyin haləsini görüntüləməyi bacarıblar!
Alimlər ilk dəfə qara dəliyin haləsini görüntüləməyi bacarıblar!
Əgər daha əvvəl Ay tutulmasına şahid olmusunuzsa, Ayın ətrafında yaranan haləni görmüsünüz. Buna bənzər bir struktur Günəşin və qara dəliklərin ətrafında da mövcuddur. Alimlər qara dəliklərin ətrafında yerləşən haləni görüntüləyə biliblər.
NASA kosmosa aid sualları cavablandıracaq süni intellekt dəstəkli söhbət botunu təqdim edib!
NASA kosmosa aid sualları cavablandıracaq süni intellekt dəstəkli söhbət botunu təqdim edib!
NASA, Microsoft ilə əməkdaşlıqda hazırladığı süni intellekt dəstəkli söhbət botu Earth Copilot-u təqdim edib. Görünür, bu söhbət botu kosmosa marağı olanlar üçün əvəzolunmaz olacaq.
Juno kosmik aparatı Yupiterin yeni fotolarını göndərib
Juno kosmik aparatı Yupiterin yeni fotolarını göndərib
NASA-nın Juno kosmik aparatı Yer kürəsinə Yupiter planetinin yeni fotolarını göndərib. Göndərilmiş fotolar sözügedən aparatın planetə yaxın məsafədən 66-cı uçuşu zamanı çəkilib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!