
NASA, Venerada naməlum tikililər aşkar edib
Qərb mətbuatı xəbər verir ki, NASA, "Magellan” kosmik aparatı vasitəsilə Venera səthində naməlum tikililər aşkar edib.
Bu tikililər kosmik aparatın çəkdiyi
fotolarda əks olunublar. Həmin yadplanetli tikililər planetin hər bir yerində
var. Fotoların incələnməsindən sonra alimlər bu cür böyük tikililərin məhz
yadplanetli sivilizasiyasına aid olduqları qənaətinə gəliblər. "Technote.az”ın "Oane.ws”a
istinadən verdiyi xəbərə əsasən həmin tikililər öz forma və ölçülərinə görə
eynidirlər. Məhz buna görə güman olunur ki, həmin obyektlər yaşayış yerləridir.
Jurnalistlər isə məlumat veriblər ki, NASA, Venera ilə bağlı bir çox sirli sənədlərə
sahibdir. Lakin onları ictimaiyyətə göstərməyə hələ hazır deyillər. Onlar həmçinin
düşünürlər ki, həmin obyektlərdə digər yadplanetli koloniyalar da yaşayır.
Belə ki, planet oksigenə sahib deyil və onun səthindəki temperatur -500 dərəcəyə qədər
çata bilir.
Paylaş
Bənzər xəbərlər