Logo
    main-post-cover

    New York Roblox-u nəzarətə almaq istəyir

    Digər
    13.01.2026
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, New York ştatının qubernatoru Kathy Hochul uşaqların onlayn təhlükəsizliyini administrasiyasının əsas prioritetlərindən biri elan edib və bu dəfə diqqət mərkəzinə əsasən uşaqlar arasında populyar olan Roblox platforması düşüb.
    Governor Kathy Hochul stands at a podium.
        ABŞ Konqresində uşaqların internetdə qorunması ilə bağlı qanunvericilik təşəbbüslərinin ləngiməsi fonunda, ayrı-ayrı ştatlar bu sahədə əsas təşəbbüskar rolunu oynamağa başlayıb. Hochul çərşənbə axşamı keçiriləcək “State of the State” çıxışında valideyn nəzarətinin genişləndirilməsi və yaş təsdiqi mexanizmlərini əhatə edən yeni, genişmiqyaslı planını təqdim edəcək.
        Təkliflər paketinə onlayn oyun platformalarının da yaş təsdiqi tələblərinə daxil edilməsi, uşaqların hesablarının avtomatik olaraq ən yüksək məxfilik ayarları ilə aktivləşdirilməsi, tanımadıqları şəxslərlə əlaqənin məhdudlaşdırılması, uşaqlar üçün AI çatbot funksiyalarının deaktiv edilməsi və valideynlərə övladlarının hesablarındakı maliyyə əməliyyatlarına nəzarət imkanı verilməsi daxildir.
    Paylaş