main-post-cover

    New York şəhəri, məhbuslar üçün 59 min dollara PlayStation oyunları alıb!

    Digər
    11.07.2024
    Farid Pardashunas

         New York İslah Departamentinin əməkdaşları, məhbuslarda yaxşı davranışı təşviq etmək üçün 1247 video oyuna 59 min dollar pul xərcləyiblər.

         New York İslah Departamenti, dövlət həbsxanaları üçün 1247 ədəd PlayStation 4 və PlayStation 5 oyunlarının alınmasına ümumilikdə 59.260 dollar xərcləyib. Bu yolla məhbuslar indi "Mortal Kombat 1", "Street Fighter VI", "Madden NFL" və "NBA 2K24" kimi oyunları oynaya biləcəklər. Satınalmalar arasında "Life is Strange: True Colors" kimi hekayə yönümlü oyunlar da var. Ancaq məhbuslar, "A Way Out" adlı həbsxanadan qaçış oyununu oynaya bilməyəcəklər. Qeyd edək ki, hakimiyyət haqlı olaraq bu oyunu siyahıya salmayıb.
         Səlahiyyətlilər, yaxşı davranışlı məhbuslara həftəlik oyunlar təklif etməklə həbsxanadaxili münaqişələri azaltmağa ümid edirlər. Lakin bu təcrübə ictimaiyyəti iki yerə bölüb. Belə ki, bəzi New York-lular və keçmiş həbsxana işçiləri, pulun daha yaxşı şeylərə xərclənə biləcəyini iddia edərək, oyunun satın alınmasını tənqid ediblər. İslah Məmurlarının Xeyirxahlıq Dərnəyinin prezidenti Benny Boscio bildirib ki, pul məhbusların əsas ehtiyacları üçün istifadə edilməli idi. Digər tərəfdən, bəzi insanlar bu fikri məhbusların davranışlarını yaxşılaşdırmaq üçün yaxşı bir motivasiya mənbəyi olduğunu bildirirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bir sərnişin, uçuş vaxtı üzərinə çay töküldüyü üçün aviaşirkətdən 1.5 milyon dollarlıq təzminat tələb edib!
    bir-sernisin-ucus-vaxti-uzerine-cay-tokulduyu-ucun-aviasirketden-15-milyon-dollarliq-tezminat-teleb-edib
    PlayStation 4 oyun konsolu vaxtı ikən AMD-ni iflasdan xilas edibmiş
    playstation-4-oyun-konsolu-vaxti-iken-amd-ni-iflasdan-xilas-edibmis
    Tetris, 40 ildən sonra yenilənmiş versiya ilə geri qayıdır!
    tetris-40-ilden-sonra-yenilenmis-versiya-ile-geri-qayidir
    Niyə gəmilər bəzən balinalar kimi havaya su fışqırır?
    niye-gemiler-bezen-balinalar-kimi-havaya-su-fisqirir
    Məşhur futbolçu Erling Haaland populyar mobil oyun olan Clash of Clans-a personaj kimi əlavə edilib! (VİDEO)
    meshur-futbolcu-erling-haaland-populyar-mobil-oyun-olan-clash-of-clans-a-personaj-kimi-elave-edilib-video