Nəyə görə yaş artdıqca zaman sürətlə axır?

Nəyə görə yaş artdıqca zaman sürətlə axır?

Digər
22.03.2019 0 PAYLAŞIM

    Zaman qavrayışı bir zaman intervalında beyin tərəfindən emal olunan obrazların sayndan asılıdır. Bu göstəriciyə yetkin və daha sonra qocalan orqanizmdə iki proses təsir edir. Bizlərdən bir çoxu fikir verib ki, yaş artdıqca zaman daha sürətlə axır. Uşaqlıq vaxtında günlər sonsuz zaman kimi gəlir və həmin vaxtda çoxlu sayda yeni təəssüratlar olur. Yetkin yaşda isə onlar çox sürətlə keçirlər.

    Amerikalı fizik Adrian Bejan-ın nəzəriyyəsinə əsasən bu fenomenin izahını bizim sinir sistemimizin quruluşunda axtarmaq lazımdır. Bu barədə Hightech.plus saytı xəbər verib. Alim öz nəzəriyyəsində qeyd edib ki, insanın böyümə prosesi zamanı onun sinir sistemindəki əlaqələr daha qəliz və genişləndirilmiş olurlar. Bu isə o deməkdir ki, sinir impulslarının hissiyat orqanlarından şüura çatması üçün daha çox zaman lazım olur.

    İnsan qocalan zaman onun neyronları tənəzzülə uğrayır. Bu isə elektrik siqnallarının sürətlərinin aşağı düşməsinə əlavə təsir göstərir. Nəticədə cavan insanların yaşadıqları müəyyən zaman intervalının eynisini yaşayan qoca insanlar daha az sayda yeni obrazlar əldə edirlər. Bu isə zamanın sürətlənməsi kimi anlaşılır. Adrian Bejan-ın fikrincə bu nəzəriyyənin dolayı sübutu kimi gözlərin hərəkət sürətini misal gətirmək olar. Körpələrin gözləri böyük yaşlı insanların gözlərindən fərqli olaraq daha sürətlə hərəkət edirlər. Alimin fikrincə ola bilsin ki məhz buna görə yenicə doğulmuş uşaq bir zaman intervalında daha çox məlumatı emal edir.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Son Dəqiqə: Alimlər dünya tarixində ilk dəfə qara dəliyin fotosunu təqdim etdilə..

Uzun illər ərzində Event Horizon Telescope layihəsi Oxatan A* adlı qara dəliyin kompakt radiomənbəsi..


Blogstar 2 yaşını qeyd edir

Məlumdur ki, son illərdə influencer materketinq bazarı sürətlə populyarlaşır, inkişaf edir. Azərbayc..


Kepler teleskopu Yer kürəsinə bənzəyən yeni 44 planet aşkar edib

Adətən teleskopun bir iş seansı ərzində 10-12 ekzoplanet aşkar etmək mümkün olurdu. Lakin bu dəfə on..


Alimlər kosmosdan olan gizli siqnalı aşkar ediblər

Buna bənzər radiosiqnal ilk dəfə 2007-ci ildə aşkar edilmişdi.


Mars planetinin iqlimini dəyişdirmək alınmayacaq: İnsanlar skafandrda yaşamalı o..

Mars planetində karbon qazı ilə zəngin bütün buzlaqlar əridilsə də planetdə parnik effektinin yaradı..


27 İyul tarixində qeyri-adi Ay tutulması baş verəcək

NASA-nın verdiyi məlumata əsasən bu, 21-ci əsrin ən uzunmüddətli Ay tutulması olacaq.