
Partlayış dalğası bu dəfə iPhone 8 Plus üzərindən gəlir. 'Apple', rəsmi istintaqa start verir
“Apple” şirkəti, iPhone 8 Plus modellərində şişmiş batareya hadisələri ilə bağlı istintaqın başlandığını bildirib.
Qeyd edək ki, keçən həftə bizim
verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, Tayvanda bir qadın, iPhone 8 Plus
almış və onu şarja taxdığından 3 dəqiqə sonra smartfon partlamışdı. iPhone 8 ilə
iPhone 8 Plus modellərinin satışa çıxmasından sonra bu, baş vermiş yeganə belə
bir hadisə deyil.
Plus modelinin batareyasının partlayaraq şişməsi barəsindəki
xəbərlər, dünyanın müxtəlif yerlərindən gəlir. Batareyanın partlayaraq şişməsi
nəticəsində sözügedən modelin korpusu, deformasiyaya uğrayır. Nəticədə
smartfonun ekranı, korpusdan ayrılır. Belə halda cihaz nəinki yararsız hala
düşür, həmdə ondan istifadə, təhlükəli hesab edilir.
“Apple” şirkəti isə
bildirib ki, bütün olmuş bu hadisələr üzrə dəqiq istintaq aparmaq və baş vermiş
hadisələrin səbəbini müəyyən etmək niyyətindədir. Bizə isə bu hadisələrin nəticəsinin
necə olacağını gözləmək qalır.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...