Logo
    main-post-cover

    Plex ömürlük abunə qiymətini 750 dollara qaldırır

    Digər
    20.05.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Media server və şəxsi video arxivlərini idarə etmək üçün istifadə olunan məşhur platforma Plex ömürlük Plex Pass abunəliyinin qiymətini növbəti dəfə artırmağa hazırlaşır. Şirkət açıqlayıb ki, 1 iyul 2026-cı ildən etibarən ömürlük abunəliyin qiyməti hazırkı 249.99 dollardan 749.99 dollara yüksələcək.
        Bu, son iki il ərzində artıq ikinci böyük qiymət artımıdır. Belə ki, Plex ötən ilin mart ayında ömürlük abunə qiymətini 119.99 dollardan 249.99 dollara qaldırmışdı. Yeni qərarla isə qiymət təxminən 3 dəfə artırılacaq. Şirkət bildirir ki, əsas məqsəd istifadəçiləri birdəfəlik ödənişli “ömürlük paket” əvəzinə aylıq və illik abunə modellərinə yönləndirməkdir. Plex qeyd edir ki, uzunmüddətli inkişaf və xidmətin davamlılığı üçün təkrarlanan abunə gəlirləri daha vacibdir.
        Hazırda Plex potensial istifadəçilərə 1 iyul tarixinə qədər mövcud qiymətlə, 249.99 dollar qarşılığında ömürlük abunə almağı tövsiyə edir. Şirkətin saytında da bununla bağlı xüsusi bildiriş yerləşdirilib.
    Paylaş
    Bənzər xəbərlər