
Pokemon Go-ya meydan oxuyan hackerlərə ağır zərbə
Bir müddət əvvəl PoodleCorp hacker qrupu Pokemon
Go oyununu Google Play və App Store-dan bir dəfəlik siləcəkləri haqda xəbər(Hackerlər Pokemon GO-nun serverlərini çökdürəcəklərini bildiriblər) paylaşmışdılar. Amma gözlənilənin əksi oldu və onların özlərinə qarşı başqa bir
hacker qrupu kiber hücum təşkil etdi. Xatırladaq ki, avqustun 1-i tarixində
PoodleCorp-un ictimaiyyətə müraciətində, Pokemon Go-nun serverini çökdürəcək və
bununla da bu oyunun oynanmasının qarşısını alacaqlarını bildirmişdilər. Qeyd edək ki, Pokemon
Go-nun 150 milyon istifadəçisi var. QruplaşmaYoutube ulduzlarının, League of Legends və Steam serverlərini çökdürmüşdülər. Təşkilatın işi ABŞ-da qadağan olunmuş
olaraq qiymətləndirilir.
Bu
gün bu hacker qrupunun öz hesabı adı məlum olmayan qruplaşma tərəfindən hücuma
məruz qalıb. Bu haqda LeakedSource məlumat paylaşıb. Nə qədər ziyan dəyməsi haqda məlumat açıqlanmayıb.
Paylaş
Bənzər xəbərlər