Logo
    main-post-cover

    Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir

    Digər
    13.05.2025
    Emil
        Yardımlaşma, mərhəmət, ətraf mühitə və insanlara sevgi, qayğı ilə yanaşmaq kimi nəcib dəyərləri yaşadan və təbliğ edən Qırmızı Ürəklər Fondu “Qurban payı” ianə aksiyasına start verir. 6-7 iyun Qurban bayramı münasibəti ilə təşkil edilən layihə çərçivəsində xeyirxah insanların ianələri hesabına toplanan vəsait ölkənin müxtəlif bölgələrində yaşayan aztəminatlı ailələr üçün qurban payına çevriləcək.
        Aksiyaya qoşulmaq, daha çox ailəyə bayram sevinci yaşatmaq üçün redhearts.az veb-saytında “İanə et” bölməsindən və Birbank mobil tətbiqindən müvafiq olaraq ianə etmək mümkündür.
    - Redhearts veb-saytı: https://kbl.az/qrbnpyi
    - Birbank mobil tətbiqi: https://bit.ly/BIRBNK 
        Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə “Kapital Bank” ASC-nin bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
    Paylaş