“Qızlara ağ yaraşır” beynəlxalq jurnalistlərdən mükafat qazandı!
Digər
01.02.2024
Emil Nəcəfov
“Qızlara ağ yaraşır” layihəsi “Epica Awards” festivalında 2 nominasiya üzrə medallara layiq görülüb. Festivalın münsiflər heyəti yalnız marketinq və kommunikasiya sahəsi üzrə ixtisaslaşmış 115 jurnalistlərdən ibarətdir. Sosial layihə “Ünsiyyət və İctimai Xidmətlər” kateqoriyasında gümüş, “İdmanla Bağlı Reklam Kampaniyası” kateqoriyası üzrə isə bürünc mükafat əldə edib. Qeyd edək ki, 115-dən çox jurnalistin dəyərləndirmə apardığı bu festivalda ilk dəfədir ki, Azərbaycanı təmsil edən layihə mükafata layiq görülüb.
“Qızlara ağ yaraşır” layihəsi bundan öncə “Ad Black Sea” beynəlxalq festivalında və Mərkəzi Asiyanın ən böyük kommunikasiya festivalı — “Red Jolbors”da Qran-pri və müxtəlif mükafatlar əldə etmişdi.
Qeyd edək ki, ölkənin lider mobil operatoru Azercell və Azərbaycan Cüdo Federasiyasının birlikdə həyata keçirdiyi sosial kampaniyanın əsas məqsədi qızları cüdoyla məşqul olmağa həvəsləndirməklə onları sağlam və fəal həyat tərzi sürməyə təşviq etmək, həmçinin erkən nikahlara qarşı mübarizə aparmaq idi.
Kampaniya çərçivəsində Azərbaycan Cüdo Federasiyasının məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaşlı ilk 1000 qıza cüdoqi və 1 ay ödənişsiz məşq hədiyyə olunub.
“Qızlara ağ yaraşır” layihəsi haqqında ətraflı məlumat əldə etmək üçün: https://qizlaraagyarasir.az/#
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell şəbəkəsində təhlükəsizlik tədbirləri gücləndirilib
Azercell şəbəkəsində təhlükəsizlik tədbirləri gücləndirilib
26 yanvar 2024 tarixi səhər saatlarında Azercell şəbəkəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı aparılan əməliyyat işləri zamanı bəzi qlobal (Facebook/Instagram/WhatsApp) sosial şəbəkə platformalarından və ümumilikdə internet saytlarından istifadədə çətinlik yaranması mümkün idi.
Azercell-in Müştəri Məmnuniyyəti indeksi 94%-i ötüb
Azercell-in Müştəri Məmnuniyyəti indeksi 94%-i ötüb
Lider mobil operator Əlaqə Mərkəzinin 2023-cü il üzrə nəticələrini açıqlayıb
“Azərbaycan Uşaq Qaynar Xətt”inə 2023-cü il ərzində 4500-ə yaxın müraciət daxil olub
“Azərbaycan Uşaq Qaynar Xətt”inə 2023-cü il ərzində 4500-ə yaxın müraciət daxil olub
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmət son 1 illik hesabatını açıqlayıb.
Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər
Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər
Komandamız 20-ci Beynəlxalq Jautıkov olimpiadasında 4 medal qazanıb
“Azercell”in "Qızlara ağ yaraşır" layihəsi ilin idman mükafatlarına layiq görüldü
“Azercell”in "Qızlara ağ yaraşır" layihəsi ilin idman mükafatlarına layiq görüldü
“Azercell” və Azərbaycan Cüdo Federasiyasının birlikdə həyata keçirdiyi sosial kampaniya Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırıldı
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!