“Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu
Digər
03.07.2024
Emil Nəcəfov
“Qızlara ağ yaraşır” layihəsi “White Square” Beynəlxalq Reklam və Marketinq Festivalında 2 nominasiya üzrə mükafatlandırılıb. Kampaniya “Gender bərabərliyi” kateqoriyası üzrə gümüş, “Brendlərin əməkdaşlığı” kateqoriyasına görə isə bürünc medalla təltif edilib.
Əsas meyarı yaradıcı həllərin effektivliyi olan “White Square” Festivalı 5 ildən artıqdır ki, bütün dünya üzrə reklam və marketinq mütəxəssislərini bir araya gətirir. Bu il festivalda Avropa, Şimali və Latın Amerikası, MENA regionu və Asiyanın 35-dən çox ölkəsindən 1115 müsabiqə iştirakçısı innovativ ideyalarını nümayiş etdirib.
Xatırladaq ki, “Qızlara ağ yaraşır” sosial layihəsinin əsas məqsədi qızları sağlam və fəal həyat tərzi sürməyə təşviq etməklə yanaşı, erkən nikahlara qarşı mübarizə aparmaq olub. Kampaniya çərçivəsində Azərbaycan Cüdo Federasiyasının məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən yeniyetmə qızlara cüdoqi və 1 ay ödənişsiz məşq hədiyyə olunub. Layihə minlərlə gənci idmanla məşğul olmağa sövq etməklə bərabər, cüdo ilə məşğul olan qızların sayında 100% artımla nəticələnib. Azercell və Cüdo Federasiyasının bu kampaniyası dəfələrlə beynəlxalq və yerli mükafatlara layiq görülüb.
“Qızlara ağ yaraşır” layihəsi haqqında ətraflı məlumat əldə etmək üçün: https://qizlaraagyarasir.az/#
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell yeni Smartfon kampaniyasını təqdim edir!
Azercell yeni Smartfon kampaniyasını təqdim edir!
Xüsusi təklif çərçivəsində abunəçilərə 12 ay boyunca 1GB internet paketi hədiyyə ediləcək
Azercell-in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub
Azercell-in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub
Beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər üçün xüsusi təlimlər təşkil olunub
Azercell-in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib
Azercell-in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib
Lider mobil operator ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılması standartına uyğunluq sertifikatı əldə edib
700-dən çox gənc doğru yolu seçdi!
700-dən çox gənc doğru yolu seçdi!
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi öz töhfəsini verir!
Azercell abunəçilərinin nəzərinə (Telekommunikasiya Problemi)
Azercell abunəçilərinin nəzərinə (Telekommunikasiya Problemi)
Məlumat üçün bildiririk ki, 20 iyun 2024-cü il tarixində axşam saatlarından etibarən respublikanın bəzi bölgələrində güclü küləkli hava şəraiti ilə əlaqədar Azercell abunəçilərinin telekommunikasiya xidmətlərindən istifadəsi zamanı müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!