Riyaziyyatçı, qara dəliklərin keçmişi sildiklərini sübut edib
Digər
22.02.2018
Farid Pardashunas
Kaliforniya Universitetinin riyaziyyatçısı sübut edib ki, Albert Eynşteyn-in nisbilik nəzəriyyəsinin tənlikləri bəzi qara dəliklərin daxilində şərti müşahidəçinin keçmişinin silinməsini və onun müxtəlif variantda gələcəyinin yaranmasını göstərir.
Bu isə öz növbəsində kosmoloji nəzəriyyələrin
təməllərindən birini təkzib edir. Söhbət kosmik senzura nəzəriyyəsindən gedir.
Bu barədə Science Daily saytı xəbər verib. Demək olar ki, yarım əsr bundan öncə
britaniyalı fizik Roger Penrose kosmik senzura nəzəriyyəsini ərsəyə gətirmişdi.
Bu nəzəriyyə kainata determinizmin (gələcəyin öncədən formalaşması, belə ki,
keçmişi dəyişmək qeyri-mümkündür) fəlsəfi prinsipini yeridir. Penrose öz nəzəriyyəsində
əmindir ki, sinqulyarlığın daxilində (yəni qara dəliyin daxilində) nöqtələr
yerləşə bilər və həmin nöqtələrdə şərti müşahidəçinin keçmişi silinir və sonsuz
sayda gələcək variantları yaranır.
Lakin alimin fikrincə ora daxil olmaq hətta
nəzəri cəhətdən də qeyri-mümkündür. Çünki hər bir sinqulyarlıq determinləşdirilmiş
adi kainatdan keçilməz hadisələr üfüqü ilə ayrılmış şəkildədir. Kaliforniya Universitetindən
olan riyaziyyatçı Peter Hintz fizik Penrose-un nəzəriyyəsinə meydan oxuyub.
Onun hesablamaları göstərir ki, bizim kainatımız kimi genişlənən kainatda bəzi
qara dəlik növləri halında şərti müşahidəçi hadisələr üfüqünü keçərək determinləşdirilmiş
dünyadan determinləşdirilməmiş dünyaya düşə bilərdi. Həmin determinləşdirilməmiş
dünyada isə şərti müşahidəçinin keçmişi pozular və onun sonsuz sayda gələcək
variantları yaranardı.
Keçmişin yox olduğu, gələcəyin isə saysız hesabda
variantlara sahib olduğu bir məkanda həyatın necə olacağı məlum deyil. Lakin
Hintz-in nəticəsi o demək deyil ki, kainatın təkamülünü gözəl şəkildə ifadə edən
Eynşteyn-in ümumi nisbilik nəzəriyyəsinin tənlikləri səhvdirlər. “Mənə məlum
olduğu qədərilə heç bir fizik qara dəliyin daxilinə səyahət etməyi və orda baş
verən prosesləri müşahidə etməyi planlaşdırmır. Bu riyazi problemdir və mənim təqdim
etdiyim həll üsulu Eynşteyn-in tənliklərini riyazi cəhətdən daha maraqlı edir.
Bu, sözün əsl mənasında riyazi cəhətdən tədqiqat olunması mümkün olan bir
sualdır. Lakin onun cavabı fizikidir, nəticəsi isə fəlsəfidir. Bu isə öz növbəsində
hadisələr üfüqünin o tərəfində keçmişin silinməsi tapmacasının həll olunması
yolunda işlərin görülməsini inanılmaz dərəcədə maraqlı edir” – deyə Hintz
bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ