
Rusiyadan Google-a 20.000.000.000.000.000.000.000.000.000.000.000 dollar dəyərində cərimə!
Digər
30.10.2024
Aslan
Rusiya, Google-ı keçmişdəki məhkəmə işləri ilə əlaqədar cəzalarla birlikdə 20 desilyon dollardan çox bir məbləğdə ciddi bir cəriməyə məhkum edib.
Bu nəhəng cəzanın tarixi 4 il əvvələ gedib, çıxır. 2020-ci ildə YouTube ABŞ-ın kanal sahibinə qarşı sanksiyalarına əməl edərək, Rusiyanın ultramillətçi Tsargrad TV kanalını qadağan etmişdi. O zamandan bəri, xüsusilə Rusiyanın 2022-ci ildə Ukraynanı işğal etməsindən sonra siyahıya yeni kanallar əlavə edilib. Hazırda Rusiyanın Müdafiə Nazirliyinə bağlı olan Zvezda TV də daxil olmaqla ümumilikdə 17 kanal Google-a qarşı məhkəmə işinə başlamaq üçün müraciət edib.

Rus qanunlarına görə, İnzibati Xətalar Məcəlləsinə zidd davranmaqda ittiham olunan Google, məhkəmə qərarı ilə YouTube-da bu kanalları yenidən aktivləşdirməyə məcbur edilib. Qərara əsasən, şirkət kanalları açmazsa, hər gün üçün 100 min rubl (təxminən 1.025 $) cərimə ödəməli olacaq. Bu cəza hər həftə artaraq böyüyür və mürəkkəb faizlə hesablanır. Buna görə də hazırkı ümumi cəza son dərəcə yüksək bir səviyyəyə çatıb.
Lakin Google-ın bu cərimələr səbəbindən iflas etməsi ehtimalı aşağıdır. Rusiyada 2022-ci ildən bəri fəaliyyət göstərməyən və bank hesablarına həbs qoyulduğu üçün yerli əməliyyatları dayanma nöqtəsinə gələn Google, hazırda ölkədəki iş gücünü böyük ölçüdə azaltmış vəziyyətdədir. Rusiyanın Google-a aid olan aktivləri müsadirə etmək səyləri isə beynəlxalq məhkəmələrdə davam edir.
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
Google və Samsung kimi digər şirkətlər də öz smartfonlarında 7 illik Android dəstəyini təmin edə biləcəklər
Google və Samsung Android smartfon istehsalçıları arasında 7 il müddətinə əməliyyat sistemi yenilənməsini təklif edən ilk şirkətlər oldular.

Proqram Təminatı
Google şirkəti Play Protect vasitəsilə Android-in təhlükəsizliyini gücləndirməyə hazırlaşır
Google şirkəti Android-in təhlükəsizlik sisteminə yeni funksiyanın əlavə edilməsi üzərində çalışır.

Elm & Texnologiya
Google Pixel 10-da istifadə ediləcək Tensor G5 prosessorunun bəzi texniki imkanları açıqlanıb
Android Authority saytı gələn il təqdim olunacaq Google Pixel 10 smartfonlarında istifadə ediləcək Tensor G5 prosessorunun əsas özəllikləri barəsində məlumat verib.

Cihazlar+
Google Pixel 9a-nın ölçüləri bir qədər böyük olacaq
Google şirkəti avqust ayında Pixel 9 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL və qatlana bilən Pixel 9 Pro Fold modelləri daxil oldular. İndi isə şirkət orta büdcəli Pixel 9a modeli üzərində çalışır.

Təhlükəsizlik
Yaxın zamanlarda Google-a daxil olmaq üçün üz skanı tələb olunacaq!
Google, Android 15-ə gələcək "Şəxsiyyət Yoxlanışı" funksiyası üzərində işləyir. Bu funksiya, təyin etdiyiniz təhlükəsiz yerlərdən kənarda tətbiqlərə giriş üçün biometrik yoxlama tələb edəcək.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
